olkepress.com
olkepress.com

Məktəbli geyimlərində qiymətlər nə yerdədir? - VİDEO

9-09-2021, 12:47

Məktəbli geyimlərində qiymətlər nə yerdədir? - VİDEO

2020-ci ilin mart ayından koronavirusun geniş yayılması ilə əlaqədar məktəblərin bağlanması və ötən tədris ilində də əsasən "online" təhsilə üstünlük verilməsi təhsil ictimaiyyətini yeni dərs ilinin formatı ilə bağlı tərəddüdlər qarşısında qoymuşdu. Təhsil naziri Emin Əmrullayevin yeni dərs ilinin mərhələli şəkildə sentyabrın 22-si və 29-da başlayacağı haqda açıqlaması isə, məktəb geyimlərinin alış-verişində canlanma yaradıb. Bəs görəsən şagird sayı qədər məktəbli forması varmı və qiymətlərdə dəyişiklik olubmu?

Ölkəpress.com xezerxeber.az-a istinadən xəbər verir ki, yeni dərs ilinin yeni vaxtda başlaması bu gün ənənəvi məktəbli geyimlərinə tələbatı artırdı. Təhsil naziri Emin Əmrullayevin açıqlaması məktəbli geyimi almaq üçün növbədə olan valideynləri hərəkətə gətirdi.
Bu il ilk dəfə aşağı və yuxarı sinif şagirdləri üçün dərslər müxtəlif vaxtlarda başlayacaq. Amma geyim almaq növbəsində aşağı sinif şagirdlərinin valideynləri ilə yanaşı, yuxarı sinif şagirdlərinə də valideynlərinə rast gəlinir. 9-cu sinif şagirdi Əli deyir ki, dərslərin başlama vaxtı dəqiqləşən kimi özünə mətkəbli forması almağa gəlib.

Bakı Tikiş Evinin satış müdiri Etibar Əzimov deyir ki, məhz ötən gün dərslərin ənənəvi qaydada keçiriləcəyi ilə bağlı məlum açıqlamadan sonra məktəbli geyimlərinin satışında artım var. Artan təlabat isə, hansısa qıtlıq ilə nəticələnməyib.

Yeni tədris ilinə hazırlaşan valideynlər məktəbli geyimlərinin qiymətində bu il də hansısa dəyişikliklə rastlaşmayacaqlar.

Qeyd edək ki, ölkəmizdə orta məktəb şagirdlərinin sayı təqribən 1 milyon 500 min nəfərdən çoxdur və onlar üçün nəzərdə tutulan məktəbli formalarının qiymətində sonuncu dəyişiklik 2017-ci ildə edilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi