olkepress.com
olkepress.com

Aygün Kazımovanı güddülər - VİDEO

1-04-2021, 20:48

Aygün Kazımovanı güddülər - VİDEOARB TV-nin “Özəl” verilişinin növbəti qonağı müğənni-bəstəkar Rəhim Rəhimli olub.

İfaçı Aygün Kazımovanı televiziyaya gətirmək üçün çəkdiyi əziyyətdən danışıb:

“Verilişin ilk buraxılışı idi. Artıq Aygünlə danışmışam ki, yeni verilişin ilk qonağı sənsən. Rəhbərlik mənə dedi ki, gətirə bilməzsən. Dedim ki, mənə söz verib. O vaxt elə də yaxın münasibətimiz yox idi, ilk addımları idi. Mən əmin olmalı idim ki, Aygün Kazımova 100 faiz gələcək. Düşündüm ki, bunu necə edim? Dedim gedib bu qızı güdəcəyəm. Saat 10-dur və mən arxada avtomobilin içərisində gizlənmişəm. Bu yandan da televiziya ilə əlaqə saxlayıram ki, tamaşaçılar gəldimi, problem yoxdur ki, və s. Artıq 11-ə 8 dəqiqə qalmış qapı açıldı və Kazımova nəzarətçiləri ilə maşına mindi, mən də onların arxasınca düşdüm. Proqramın başlamasına 2-3 dəqiqə qalıb. Qaza basdım və gəlib onları keçdim. Canlı yayıma beş dəqiqə gecikdik, amma söz verdiyi kimi gəlib çıxdı”.




ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi