olkepress.com
olkepress.com

Azərbaycan "Avroviziya-2025"də birinci yarımfinalda çıxış edəcək

29-01-2025, 17:18

Azərbaycan "Avroviziya-2025"də birinci yarımfinalda çıxış edəcək

Mayın 13-də İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya-2025" mahnı müsabiqəsi start götürəcək.
"Avroviziya"nın rəsmi saytı xəbər verir ki, artıq yarımfinalın püşkatmasının nəticəsi müəyyənləşib.

Nəticələrə əsasən, Azərbaycan birinci yarımfinalın ikinci hissəsində çıxış edəcək. Bizimlə Estoniya, İslandiya, Polşa, Portuqaliya, Sloveniya, İsveç, Ukrayna, Albaniya, Belçika, Xorvatiya, Kipr, Niderland, Norveç və San-Marinodan olan ifaçılar yarışacaqlar.

Azərbaycanı hansı ifaçıların təmsil edəcəyi hələlik açıqlanmayıb.

Xatırladaq ki, "Avroviziya 2024" müsabiqəsinin qalibi "The Code" mahnısı ilə musiqiçi Nemo olub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi