"Mən mahnının sözlərini belə oxuya bilmirəm".
Bu sözləri "Grammy" mükafatlı dünya şöhrətli müğənni Elton Con deyib.
50 illik musiqi karyerasına son qoymağa qərar verən "Grammy" mükafatlı müğənni Elton Con görmə qabiliyyətini itirdiyini açıqlayıb.
77 yaşlı sənətçi sosial media hesabındakı paylaşımında yay ayları boyunca bir gözündə görmə qabiliyyətinin məhdudlaşmasına səbəb olan infeksiya olduğunu ifadə edərək bunları deyib:
"Sağalmağa doğru gedirəm. Amma bu proses, çox yavaş irəliləyir. Gözün görmə qabiliyyətinin geri qayıtması üçün müəyyən qədər vaxt lazımdır. Son bir neçə həftə ərzində mənə belə yaxşı qayğı göstərən ailəmə, həkimlərə və tibb bacıları komandasına minnətdaram".
Görmə problemi olduğu üçün yeni albomunu bitirə bilmədiyini vurğulayan Sir Elton Con qatıldığı "Günaydın Amerika" proqramında heçnə oxuya bilmədiyini deyib:
"Bilmirəm, studiyaya girib səs yazısı edə bilərəm ya yox. Mahnı sözlərini görə bilmirəm. Mən ümumiyyətlə heç nə oxuya bilmir və heç nəyə baxa bilmirəm".