olkepress.com
olkepress.com

Vəkillə müğənni arasında DAVA: “Kimdənsə uşaq doğur, alır qucağına” - VİDEO

11-04-2022, 13:44

Vəkillə müğənni arasında DAVA: “Kimdənsə uşaq doğur, alır qucağına” - VİDEO

Bir neçə gün əvvəl Əməkdar artist Vasif Məhərrəmli ilə “Ərə getməyib, toy etməyib, uşağının atası kimdir?” sualına görə qalmaqal yaşayan müğənni Şəbnəm Qəhrəmanova yenidən gündəm olub.

ARB-də yayımlanan “Elgizlə izlə” verilişində müğənni ilə vəkil Şəfiqə Nağıyeva arasında dava düşüb.

Belə ki, veriliş zamanı ifaçı nikahdankənar uşaq dünyaya gətirməkdən danışıb. Vəkil Şəfiqə Nağıyevanın “Ayıbdır, biabırçılıqdır” deməsi müğənnini özündən çıxarıb.

“Sizin bunu deməyə ixtiyarınız yoxdur. 1 500 ildir, bu divanda oturmusunuz, durmursunuz. Elə bil, müğənnisiniz”.

Onun bu sözlərinə əsəbiləşən vəkil isə: “Mən Azərbaycan qadınıyam. İstəmirəm, bu hal olsun. Uşaq nikahdan doğulmalıdır. Hərə bir kişidən uşaq doğub, qucağına alır. Nikah bağlayıb, ərə gedib, uşaq dünyaya gətirmək lazımdır”, - cavabını verib.

Müğənni isə: “Siz kimsiniz? Vəkilliyinizlə məşğul olun, əgər o da varsa”, - deyərək studiyanı tərk edib.

Daha ətraflı süjetdə:



Ōlkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi