olkepress.com
olkepress.com

Gülüstan Əliyeva ÜSYAN ETDİ - VİDEO

30-09-2021, 19:26

Gülüstan Əliyeva ÜSYAN ETDİ - VİDEO

30 ildən sonra şəhid həyat yoldaşı - Zahid Əhmədovun Cəbrayıl rayonundakı məzarını ziyarət edən Əməkdar artist Gülüstan Əliyeva onun qəbrinin ermənilər tərəfindən dağıdıldığını açıqlayıb.

Ölkəpress.com “qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə müğənni “Bizimləsən” proqramında danışıb. Əliyevanın sözlərinə görə, ermənilər təkcə insanlara yox, torpağa, qəbirə də təcavüz edib:
“Bütün qəbirlər dağıdılıb. Müqəddəslərin qəbrini altını üstünə çeviriblər. Yoldaşımın başdaşı yaşıl mərmərdən idi. Başdaşı dağıdılmışdı, amma bir qırıq yaşıl mərmər qalmışdı. Onunla tapdım".

O bildirib ki, ermənilər sağ ikən həyat yoldaşının başına pul qoyubmuş:

“Onu tanıyırdılar. O vaxtkı Hadrutun (Suqovuşan - red.) prokurorunun oğlunu öldürmüşdü. Ermənilər onu öldürmək üçün başına pul qoymuşdular. Ona görə də onun qəbrini dağıdıblar. Bütün qəbrlər bir tərəfdən oyularaq açılıb... Vəhşi erməninin əməlidir ki, qəbirləri açıb dəfn olunanları çıxarıblar. Dəmir parçaları atmışdılar ki, cəsədləri çıxarsınlar. Yoldaşımın da qəbrində böyük oyuq var idi, eləydi. Müsəlmanlarda cəsəd çiyniüstə dəfn olunur. Məhz o tərəfdən qazılıb və çıxarılıb”.

Qeyd edək ki, Z. Əhmədov 1991-ci ildə Qarabağ müharibəsində şəhid olub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi