olkepress.com
olkepress.com

“Əslində İcra Hakimiyyətlərinin işi yararsızdı, amma bələdiyyələrin işi onlardan da yararsızdı”

12-06-2021, 10:51

“Əslində İcra Hakimiyyətlərinin işi yararsızdı, amma bələdiyyələrin işi onlardan da yararsızdı”


“İcra Hakimiyyətlərinin bələdiyyərlə əvəz edilməsi çıxış yolu deyil…”

Bunu Moderator.az-a açıqlamasında yazıçı, jurnalist Orxan Fikrətoğlu deyib:

“Əslində İcra Hakimiyyətlərinin işi bu gün yararsızdı, amma bələdiyyələrin işi onlardan da yararsızdı. Deməli söhbət burda ümumiyyətlə strukturun dəyişdirilməsindən gedir. Sovet dövründə belə bir deviz var idi ki, “hər şeyi kadr həll edir”. Amma Sovet dövründə kadırı yetişdirən edən institutlar var idi. Təcrübəli insanların yanında işləyə-işləyə idarəçiliyi anlayırdın və həqiqətən də bölgəyə, regiona gərəkli olan strukturu qurub siyasəti həyata keçirə bilirdin. Bu gün isə təəssüf ki, belə institutlar yoxdu. Bələdiyyə institutları Azərbaycanda formalaşmayıb. Onlar bu günə qədər Azərbaycanda ancaq torpaq satıblar. İcra Hakimiyyəti intsitutları da çox təəssüf ki, torpaq satıb. Çox nadir icra başçıları ola bilər ki, həqiqətən də strukturu qurub, regiona gərəkli olan bir siyasət həyata keçirə bilib. Belə icra başçısını isə xatırlamıram”.

O.Fiktəroğlu bir neçə rayonu birləşdirib qubernatorluq yaratmağın əlverişli ola biləcəyini deyib:

“İcra Hakimiyyətləri və strukturları Azərbaycanda çoxdu. Yadımdadır ki, Qobustan rayonunu Şamaxıdan ayırıb ayrıca rayon etdilər. Düşünürəm ki, bu lazım deyildi. Çünki Qobustan ömrü boyu Şamaxının ərazisi olub. Əksinə Qobustanı, Ağsunu və İsmayıllını birləşdirib Rusiyadakı kimi bir qubernatorluq yaratmaq olar. Amma təbii ki, ətrafına öz qohumlarını yığmayan və dövlətin büdcəsini talamayan, həqiqətən də xalqa işləyən kadırlar tapmaq lazımdı. Amma bu fikir yaranıbsa, bu da boş yerdən yaranmayıb. Həqiqətən də icra başçılarının işlərində problemlər var”.

O.Fikrətoğlu bu gün paytaxta deyil, əsasən işğaldan azad edilən ərazilərimizdə tikinti işlərinin aparılmasının vacibliyini vurğulayıb:

“Bu gün artıq işğaldan azad edilən rayonların icra başçılarını hesabatı dinlənilməli idi. Artıq aradan səkkiz ay vaxt ötür. O cümlədən Bakı şəhər İcra Hakimiyyətinə də suallar çoxdu. Məsələn, Bakı meqapolisdi və ölkənin 70-80 faizi bu gün burdadır. Bakının bağlı şəhər olmasıyla bağlı qərar nə vaxt elan olunacaq?! Şəhərin arxitektura özəlliyi nə vaxt nəzərə alınacaq?! Əgər bu gün işğaldan azad edilmiş ərazilərimiz ola-ola niyə tikintiləri Bakıda davam etdiririk?! Mənim fikrimcə, artıq Bakıda bütün tikintilərə stop deyərdim. Qoy o iş adamları vergidən azad olunsunlar və işğaldan azad edilmiş ərazilərimizdə bina ucaltsınlar”.

O.Fikrətoğlu həbs edilən icra başçılarımızın fəaliyyətindən də danışıb:

“Məlum olur ki, icra başçılarının işi heç də xalqa xidmət deyilmiş. Ancaq özlərini təmin etməkmiş. Bu gün araşdırsaq, çox nadir icra başçısı tapmaq olar ki, işlədiyi rayonda öz ərazisi olmasın. Bu institutun bələdiyyələrlə əvəzlənməsi isə çıxış yolu deyil. Təyin edilən icra başçılarının bir müsbət tərəfi var ki, köhnələr kimi cinayət başında tutulmayıblar. Amma müsbət işlərini söyləyə bilmərəm”.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi