olkepress.com
olkepress.com

Gömrük ildə 700 min manat vergi ödəyən şirkəti bağlanmaq həddinə çatdırıb – VİDEO

6-05-2021, 21:45

Gömrük ildə 700 min manat vergi ödəyən şirkəti bağlanmaq həddinə çatdırıb – VİDEO

Ölkəyə idxal etdiyimiz cihazların, qanunla tənzimlənən sövdələşmə qiymətləri olduğu halda, gömrük süni şəkildə, heç bir qanuni dayağı olmadan qiymətləri qaldırır”.

Bu sözləri yeniavaz.com-a açıqlaması zamanı sahibkar, “Mesa Group” MMC-nin rəhbəri Məftun Xəlilov deyib.
O bildirib ki, dəfələrlə fərdi funksiyalı kosmetoloji aparatı ölkəyə 980 dollara gətirdikləri halda, ötən ilin 4 noyabrında eyni cihazın hər biri üçün Hava Nəqliyyatında Baş Gömrük İdarəsi onlardan 3 min dollar tələb edib: “Səbəbini soruşduqda isə bildirdilər ki, bu qiymət gömrük haqqında qanununa əsasən ehtiyyat üsulu ilə tənzimlənir. Gömrük haqqında qanunun 17-ci maddəsində deyilir ki, ölkəyə gətirilən malların gömrük dəyəri, aşağıdakı üsullarla təyin olunur, hansı ki, bunlardan birincisi sövdələşmə qiymətidir. Ehtiyyat üsul bunların ən sonuncusudur. Həmin 17-ci maddədə belə bir bənd də var ki, malın dəyərinin hesablanması üçün əsas üsul sövdələşmə qiymətidir. Bu üsulla təyin olunmazsa digər üsullara keçə bilərsiniz. Gömrük orqanı isə qanunun dediyi əsas üsuldan istifadə etmir, birbaşa keçir ehtiyyat üsula. Etiraz etdim. Dedilər ki, ekspertiza rəyi gətir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasına müraciət elədim. Ekspertiza təxminən 60 gündən sonra belə rəy verdi ki, malın Azərbaycanda satış dəyəri 5 min manatdır. Ekspertizanı təqdim etmişəm gömrük orqanına, mənə deyir ki, gəl malın dəyərini 1700 dollardan hesablayaq. Deyirəm bəs 3 min dolları haradan çıxartmışdın?
İldə ən azı 600-700 min manat dövlət büdcəsinə vergi ödəyirəm. Onlarla insan mənim müəssisəmdən evinə çörək aparır. Bəs dövlət niyə mənim müəssisəmin bağlanmasında maraqlıdır? Niyə mənə süni maneələr yaradırsınız?”.
Dövlət Gömrük Komitəsindən yeniavaz.com-a bildirilib ki, “Mesa Group” MMC və ya xarici ticarət fəaliyyəti ilə məşğul olan hər hansı şəxsə qarşı qərəzli yanaşmadan söhbət gedə bilməz: “Gömrük orqanlarının həyata keçirdiyi nəzarət tədbirləri nəticəsində Çin Xalq Respublikasından ölkə ərazisinə gətirilən və gözəllik salonlarında istifadə edilən fərdi funksiyalı kosmetoloji aparatların eyni və eynicinsli olmasına, eyni funksiyaları yerinə yetirməsinə baxmayaraq, gömrük rəsmiləşdirilməsi zamanı müxtəlif şirkətlər tərəfindən fərqli qiymətlərlə bəyan olunması müəyyən edilib. Qanunvericiliyin tələblərinin yerinə yetirilməsinin təmin edilməsi, dövlət büdcəsinə ödənilməli olan gömrük vergi və rüsumlarından yayınmanın qarşısının alınması məqsədilə Gömrük Tarifi Haqqında Qanunun tələbləri əsas götürülərək ölkə ərazisinə idxal edilən bu qəbildən mallar barədə daha dərindən araşdırma aparılır.



ÖLKƏPRESS.COM


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi