olkepress.com
olkepress.com

"Özünü asdı, amma hərdən deyirdi ki, ölsəm də, bu əlilliyi alacam",- Qarabağ qazisinin həyat yoldaşı - VİDEO

1-05-2021, 11:44

"Özünü asdı, amma hərdən deyirdi ki, ölsəm də, bu əlilliyi alacam",- Qarabağ qazisinin həyat yoldaşı -  VİDEO
Sevinc Nəsirovanın həyat yoldaşı Müğdət Nəsirov on gün əvvəl inithar edib.

Sevinc Nəsirova deyir ki, həyat yoldaşı Müğdət bəy Birinci Qarabağ müharibəsində yaralanıb, amma illərlə əlillik pensiyası ala bilmədiyi üçün özünü öldürüb.

O iddia edir ki, rəsmi qurumların həyat yoldaşının şikayətinə baxmamaları onun intiharında əsas rol oynayıb.


Sevinc Nəsirovanın sözlərinə görə, həyat yoldaşı 2015-ci ilə kimi öz hesabına müalicə olunub, amma ondan sonra yaşı ilə əlaqədar səhhəti ağırlaşıb və hərəkət qabiliyyəti zəifləyib.

Ondan sonra dəfələrlə dövlət orqanlarına əlillik pensiyası almaq üçün müraciət etsə də, onun bütün cəhdləri nəticəsiz qalıb.


Müğdət Nəsirovun rəsmi qurumlara, hətta Prezident İlham Əliyevə məktub və müraciət sənədlərini göstərən Sevinc xanım deyir ki, həyat yoldaşına əlillik təqaüdü verilməsi müraciəti 7 dəfə rədd edilib.

O deyir ki, Əmək vəƏhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki qurumlar hər dəfə onun sənədlərinə müxtəlif şərhlər verərək əlillik təqaüdü üçün mənfi cavab veriblər.

Sevinc Nəsirova həyat yoldaşı intihar edəndə evdə olmayıb və Bakıda tələbə olan iki qızının yanında olub.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən BBC News Azərbaycancaya bildiriblər ki, Müğdət Nəsirovun intiharının əlillik dərəcəsi ala bilməməsi ilə əlaqələndirilməsi "əsassız və uydurmadır".

Qurumun sözçüsü Tural Qurbanov deyib ki, Müğdət Nəsirovla bağlı sonuncu göndəriş 2020-ci ilin noyabrında daxil olub və həmin göndərişdə onun son 27 ildə 2 dəfə müalicə olunduğu qeyd olunub.

"Diaqnoz məlumatları ona əlillik təyinatına əsas yaratmayıb və əlavə müalicəyə ehtiyacının olması barədə qərar verilib", - Tural Qurbanov qeyd edib.


Səhiyyə Nazirliyi bu məsələlərdə iştirak edən tibb müəssisələrinin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin idarəçiliyinə verildiyini bildirib. TƏBİB isə, tibbi ekspert komissiyası tərəfindən Müğdət Nəsirova qoyulan diaqnozların nə üçün fərqli olması ilə bağlı suallara hələ ki, cavab verməyib.

Baş Prokrorluqdan BBC News Azərbaycancaya bildiriblər ki, Müğdət Nəsirovun intiharı ilə bağlı "özünü öldürmə həddinə çatdırma" maddəsi ilə cinayət işi açılıb və hazırda araşdırma gedir.

Sevinc Nəsirova isə hələ də rəsmi qurumlardan həyat yoldaşının şikayətinə ədalətli baxılmasını və ona ölümündən sonra olsa belə əlillik təqaüdünün təsis edilməsini tələb edir.

Sevinc xanım deyir ki, Müğdət Nəsirovun şikayəti təmin olunsa, ona veriləcək pensiya ilə himayəsindəki azyaşlı uşağı böyüdə bilər.

Onun sözlərinə görə, həyat yoldaşını itirəndən təkbaşına təsərrüfat işləri ilə də məşğul ola bilmir və tələbə olan qızlarının da təhsil və yaşayış xərclərini qarşılamaq ona çətin olacaq.


Ölümündən iki həftəyə yaxın vaxt keçməsinə baxmayaraq hələ də Müğdət Nəsirovun ölüm kağızı verilməyib və ailəartıq onun şəxsi əşyalarını toplayıb adətə görə kimsəsizlərə paylayacaq.

Göyçayın Ləkçıplaq kəndindən olan Sevinc xanım indi həyat yoldaşının yoxluğunda onun sağ ikən qulluq etdiyi toyuq-cücəyə baxır, kiçik də olsa təsərrüfat işlərini davam etdirir.



ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi