olkepress.com
olkepress.com

“Bakı Atatürk Liseyi”ndə narazılıq

15-04-2021, 11:43

“Bakı Atatürk Liseyi”ndə narazılıq“Bakı Atatürk Liseyi”nin direktoru Eylem Güntekin növbəti tədris ili üçün təhsil haqqını bu ildən tələb edir. REPORTYOR.info xəbər verir ki, artıq valideynlərə bu barədə bildiriş də göndərilib.

Onlara deyilib ki, təhsil haqqı may ayına qədər ödənilməlidir. Direktorun tələbi valideynlərin ciddi narazılığına səbəb olub. Lisey rəhbərliyi valideynlərə bildirib ki, onları bu addımı atmağa Təhsil Nazirliyi məcbur edir. Lakin valideynlər buna inanmır.
Eylem Güntekin liseyin direktoru təyin ediləndən bəri bir neçə dəfə adı gündəmə gəlib. Ötən il direktorun müəllimlər arasında ayrı-seçkilik etməsi, azərbaycanlı pedaqoqları sıxışdırması barədə məlumatlar yayılmışdı.


Məktəbin təhsil haqqına gəldikdə isə, xatırladaq ki, 1992-2012-ci ilə qədər liseydə təhsil ödənişsiz olub. Lakin 2012-2013-cü illərdən başlayaraq, lisey şagirdlərindən ildə təxminən 700-1500 manat arası təhsil haqqı tələb edir.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi