olkepress.com
olkepress.com

Əlillik müavinəti kəsilən Ağdaş sakini: “Cənab Sahil Babayev gəlib məni yoxlasın” - VİDEO

1-04-2021, 20:41

Əlillik müavinəti kəsilən Ağdaş sakini: “Cənab Sahil Babayev gəlib məni yoxlasın”  - VİDEOSon günlər əlillik dərəcəsi olan bəzi vətəndaşlar müavinətlərinin kəsildiyini bildirir və bundan narahat olduqlarını vurğulayırlar. Belə ki, yüzlərlə əlillik dərəcəsi ilə müavinət alan şəxslər müaviənltərinin kəsidliyini və qeydiyyat problemi yaaşdıqlarını, bununla da durumlarının ağrılaşdıqlarını bildirirlər.

Məlum məsələdir ki, əlillik dərəcələri müddətlə, yəni, xəstəliyin ağırlığındana asılı olaraq 3 il, 5 il, 10 il müddətinə verilir. Həmin müddət bitəndə isə müavinət dayanır. Müddət bitdikdə yenidən müayinə, müalicə alıb həmin sənədlər əsasında elektron qaydada əlillik dərəcəsini müəyyən etmək üçün müvafiq Nazirliyə müraciət etmək lazımdır. Belə ki, müddətin bitməsinə 1-2 ay qalmış müvaifq xəstəxana və həkimə müraciət edərək sənədləri toplamaq, müddət bitən kimi müraciət etmək olar ki, müavinət kəsilməsin və ya qısa müddətə kəsilib, yenidən bərpa olunsun.

Lakin həm pandemiya, həm də Vətən müharibəsi qaziləri ilə bağlı işlərin eyni vaxtda baş verməsi bu məsələdə əlillərin işini daha da çətinə salıb. Məlumatların elektron sistemə daxil edilməsi isə dayandırılıb. Həmçinin, həkimlərə müraciətlərin çoxalması prosesin ləng getməsinə səbəb olub. Əslində isə elektron sistemə daxil edilən məlumatlar 15 iş günü ərzində qiymətləndirilməlidir.

Müavinətləri kəsilən şikayətçilər də məhz bu problemlərlə üzləşdiklərini, müraciətlərinin cavabsız qaldığını və qiymətləndirirlməməsini bildirir, bununla da çətin duruma düşdüklərini qeyd edirlər.

Məsələ ilə bağlı Busaat.az-ın redaksiyasına daxil olan müraciətlərdən biri də müaviənti kəsilmiş Ağdaş rayon Aşağı Ləki kənd sakini Abdullayeva Kəmalə Sabir qızının müraciətidir. Şikayətçinin sözlərinə görə, 2013-cü ildə ona Tibb Universitetinin Tədris-Terapevtik Klinikasında xəstəliklə bağlı diaqnoz qoyulub: “Həmin klinikada mənə üçüncü dərəcə artrit, polartrit, seropozitiv və ikinci dərəcə funksional çatışmazlıq diaqnozluğu qoyulub. Bu problemlərə görə, artıq məndə hərəkət məhdudiyyəti əmələ gəlib”.

“Bu diaqnozlara əsasən, 2015-ci ildə mənə II qrup əlillik dərəcəsi ilə müavinət təyin olundu. İldə bir dəfə komissiyadan keçməli idim. 2015 və 2016-cı illərdə növbəti dəfə komissiyyadan keçəndən sonra mənə ikinci dərəcəli əlillik təyin olundu və qaydalara əsasən, artıq 5 ildən bir komissiyadan keçməli idim. 2020-ci ildə isə səhhətimdə yenidən problemlər yarandı və müayinə edildikdən sonra həkimlər mənə onkoloji xəstəlik diaqnozu qoydular. 2020-ci ildə Milli Onkologiya Mərkəzində yumurtalıq xərçəngindən əməliyyat olundum. Hazırda isə iflic vəziyyətindəyəm. Hərəkət məhdudiyyətim və əmək qabliyyətim tamamilə itib”-deyə, şikayətçi vurğulayb.

O, 2020-ci il 4 fevral tarixində 5 illik müavinətinin müddəti başa çatdıqdan sonra Ağdaş Rayon Mərkəzi Xəstəxanasında ev şəraitində müayinə edildiyini əlavə edib: “Vəziyyətim yoxlanılıb, dəqiqləşdirmək üçün tibbi sosial ekspertler göndərilib. Lakin 1 ay 2 gündən sonra sənədin natamam doldurulması diaqnozu qoyularaq müvainətdən imtina edilib”.

“Həm cənab Prezident İlham Əliyevdən, həm də əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevdən xahiş edirəm ki, istədikləri vaxt komisiyya təşkil edərək, gəlib məni yoxlasınlar. Qoyulan diaqnozlar təsdiq edilərsə, qanuni şəkildə müavinət təşkil təyin edilsin.Yox, əgər biz bu dövləti aldadırıqsa, cinayət məsuliyyətinə cəlb etsinlər”-deyə, Ağdaş sakini fikrini yekunlaşdırıb.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı ilə əlaqə saxladıq. Nazirlik sözcüsü bildirdi ki, bununla bağlı konkret ad və soyad lazımdır: “Yəni, ad və soyadla araşdırıb, baxmaq lazmdır ki, bəlkə müavinətlərin müddəti bitib və vətəndaş müraciət etməyib və s. Xahiş edirəm ki, həmin vətəndaşların siyahısını göndərin, araşdırıb məlumat verək”.

PS: Biz də məsələni diqqətdə saxlamaq üçün müavinətləri kəsilən vətəndaşların siyahısını Nazirliyə ünvanlayacağıq.

Müəllif: Busaat.az



ÖLKƏPRESS.COM


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi