olkepress.com
olkepress.com

Pensiya, müavinət və təqaüd təyinatı aparılan şəhid ailələrinin sayı açıqlandı

19-01-2021, 15:31

Pensiya, müavinət və təqaüd təyinatı aparılan şəhid ailələrinin sayı açıqlandıƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən bu günədək artıq 2 778 şəhidin 6 790 ailə üzvünə sosial təminat növləri üzrə ödənişlər (Prezidentin aylıq təqaüdü, pensiya və müavinət) təyin olunub.

Bu barədə qurum məlumat yayıb.

Təyinatların aparılması işinin operativ təşkili üçün DSMF-də əməkdaşlar səfərbər edilib və bu fəaliyyət istiqaməti üzrə xüsusi işçi qrup yaradılaraq fəaliyyətə başlayıb.

Şəhid ailələri üzvlərinin müraciəti olmadan və təyinat aparılması üçün zəruri sənədlər Fondun əməkdaşları tərəfindən aidiyyəti qurumlardan alınaraq toplanılmaqla sosial ödənişlər təyin olunub. Elektron qaydada, proaktiv şəkildə həyata keçirilən bu proses artıq yekunlaşmaq üzrədir.

Təyin olunmuş sosial ödənişlər barədə şəhid ailələrinə məlumatlar verilməklə, bir çox hallarda təqaüd kartları onlara elə öz ünvanlarına aparılaraq təqdim olunur.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi