olkepress.com
olkepress.com

“Aquavita” şirkətində narazılıq – İşçilər maaş üzünə həsrət qalıb

26-11-2019, 10:38

“Aquavita” şirkətində narazılıq – İşçilər maaş üzünə həsrət qalıb"TAC” MMC (“Aquavita”) şirkətində narazılıq yaranıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.
Məlumatda deyilir ki, şirkət bir neçə aydır işçilərin maaşını vermir. Noyabr ayı başa çatmaq üzrə olsa da, şirkətin işçiləri avqustun ayının maaşını bu günlərdə alıblar. Bildirilir ki, narazılıq edən işçilər şirkətdən çıxarılır. Şirkəti işçilər arasında krediti olanların, kirayə yaşayanların olması da maraqlandırmır. Maaşların hansı səbəbdən gecikdirildiyi də bəlli deyil. Heç bir şikayətə baxılmır. Hətta dövlət qurumlarına edilən şikayətlərin də nəticəsi olmayıb. Məsələni ictimailəşdirmək istəyənlər isə işdən qovulacaqları ilə hədələnir. Bu baxımdan işçilər problemlərini anonim şəkildə sosial şəbəkələrdəki iri səhifələr vasitəsilə ictimailəşdirmək məcburiyyətində qalıblar. Deyilənlərlə bağlı şirkətdən mövqe öyrənmək mümkün olmayıb.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi