olkepress.com
olkepress.com

Xanım icra başçısı Ceyranbatanda görüş keçirdi - FOTO

21-11-2019, 22:46

Xanım icra başçısı Ceyranbatanda görüş keçirdi - FOTOAbşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın rayonun Ceyranbatan qəsəbəsindəki sayca 14-cü səyyar qəbul-görüşü keçirilib.

Unikal.org xəbər verir ki, görüşdə hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştkirak edib.
Səyyar qəbulların məqsədinin yerlərdə ortaya çıxan problemlərin öyrənilməsi və həlli istiqamətində addımların atılması olduğunu bildirən İ.Gülməmmədova ölkəmizin sürətli sosial-iqtisadi inkişafından, mövcud ictimai-siyasi sabitliyindən, həmçinin ölkə rəhbərliyinin müvafiq tapşırıqlarına uyğun olaraq son illər Abşeronda həyata keçirilən sosial infrastruktur layihələrdən, aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərindən ətraflı danışıb.
Abşeron RİH başçısının müavini İlham Quliyev çıxış edərək son 5 ildə qəsəbə ərazisində görülmüş işlər haqqında ümumi məlumat verib.
Sonra Abşeron RİH başçısının Ceyranbatan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Müşfiq İsmayılov hesabat xarakterli çıxış edərək görülən iş, həyata keçirdikləri abadlıq-quruculuq tədbirləri və qarşıda duran vəzifələr barəsində danışıb.
Qəbula gələn sakinlər keçən görüşdən sonra qəsəbədə abadlıq-quruculuq işlərinin aparıldığını, qaldırılan problemlərin həll olunduğunu vurğulayaraq bütün bunlara görə ölkə rəhbərliyinə öz təşəkkürlərini bildiriblər. Bununla yanaşı bəzi yeni salınan küçələrin abadlaşdırılması, telefon xəttlərinin çəkilməsi və sairlə bağlı köməklik göstərilməsini xahiş ediblər.
Sakinlər tərəfindən qaldırılan məsələlərin mümkünləri yerindəcə həll olunub, müəyyən vaxt və vəsait tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.

Ölkəpress.com


Xanım icra başçısı Ceyranbatanda görüş keçirdi - FOTO


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi