olkepress.com
olkepress.com

Bakı üzrə yeni abonentlərin sayı açıqlandı

13-11-2020, 11:52

Bakı üzrə yeni abonentlərin sayı açıqlandı2020-ci ilin yanvar-oktyabr ayları ərzində “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 61 min 453 yeni abonent qeydiyyata alınıb.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bunun 44 176-sı Bakı, Abşeron və Sumqayıt, 17 277-si isə regionlar üzrədir.

Oktyabr ayı ərzində isə əhali sektoru üzrə qeydiyyata alınan yeni abonentlərin sayı 7 115 təşkil edib. Bunun 5 404-ü Bakı, Abşeron və Sumqayıt, 1 711-i isə regionlar üzrədir.

Beləliklə, hazırda birliyin ümumi əhali abonentlərinin sayı 2 milyon 310 min 414 təşkil edir.

Bundan 1 milyon 413 min 177 abonent regionların, 897 237 abonent isə Bakı şəhərinin payına düşür.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi