olkepress.com
olkepress.com

Razi Nurullayev İmişlinin problemləri ilə bağlı Baş Nazirə müraciət etdi

22-04-2020, 19:14

Razi Nurullayev İmişlinin problemləri ilə bağlı Baş Nazirə müraciət etdiMillət vəkili Razi Nurullayev İmişlinin problemlərindən yazıb və Baş Nazirə göndərdiyi məktubun məzmununu açıqlayıb.

Ölkəpress.com məktubun məzmununu təqdim edir:
İmişli rayonunun 10 kəndi hələ də qazlaşdırılmayıb. Vətəndaşlar bir neçə dəfə yolları bağlayıb, bu səbəbdən saxlanılanlar da olub. Seçkilər zamanı aidiyyatı qurumlarla əlaqə saxlamışdım və onlar bu il üçün qazlaşdırmanın başa çatacağını söyləmişdilər. Bu məsələnin təxirəsalınmadan həllinə ehtiyac var.
İkincisi, İmişli şəhərində 37 min əhali yaşayır. Kanalizasiya və su xətləri çəkilib və yarımçıq qalıb. Ciddi antisanitariya vəziyyəti hökm sürür. Hökumət bununla bağlı nə qədər tez qərar verərsə, bir o qədər yaxşıdır.
Üçüncüsü, İmişli şəhərinin digər ağrılı problemi zibillərin daşınması, utilizasiya edilməməsi və nəticədə antisanitariya vəziyyətinin yaranmasıdır. Vəziyyətin ağırlığı həm də içməli su mənbələrinin çirklənməsinə gətirib çıxarıb. Adi zibil yeşikləri belə çatışmır və insanlar zibillərini hara gəldi tökürlər. Bu məsələnin təxirəsalınmaz həlli insanların sağlamlığı üçün də vacibdir. Məsələnin həlli yerli hakimiyyətin gücü daxilində olmadığından, bu mərkəzi hökumətin köməkliyi ilə edilə bilər.
Dördüncüsü, İmişli rayonu həmişə fərqli fikir daşıyıcısı kimi tanınıb. Müşahidələrim deməyə əsas verir ki, bu gün də İmişli rayonu və əhatəsində olan rayonlar digər rayon və şəhərlərə nisbətən fərqli məkandır. İnsanların dünyagörüşü, savadlılıq dərəcəsi, ziyalılığı digər yerlərə nisbətən də fərqlidir. Səbəblərindən biri Muğan zonasında ali təhsil ocaqlarının olmamasıdır. Bu zonada yaşayanların arzusu İmişli şəhərində ən azından Azərbaycanın ali məktəblərindən birinin filialının yaradılmasıdır. Bu zonada ali təhsil ocağının və tələbə şəhərciyinin yaradılması regionun inkişafında əvəzsiz rol oynayacaqdır.
Beşincisi, İmişli şəhərində Sənaye məhəlləsinin yaradılması da vacibdir. Fərdi olaraq iş adamları ilə söhbətlər aparmışam və onlar sənaye zonasına yatırım qoymaqda maraqlıdırlar. Ümid edirəm ki, şəxsi təşəbbüsümlə də bu məhəlləyə sərmayəçilər tapa bilərəm. İmişli camaatının bu xahişinin də nəzərə alınması faydalıdır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi