ABŞ böyük həcmdə ucuz neft almağa hazırlaşır
ABŞ strateji ehtiyatlar üçün qiymətlərin ucuzlaşmasından istifadə edib böyük həcmdə neft almaq fikrindədir.
TASS-ın məlumatına görə, bu barədə Donald Tramp Ağ evdə keçirdiyi mətbuat konfransında bildirib. O deyib ki, hökumət neft ehtiyatlarını doldurmaq fikrindədir: “Mən energetika nazirinə tapşırmışam ki, strateji ehtiyatlar üçün yaxşı qiymətə böyük həcmdə neft alsın. Bu qərar ABŞ vergi ödəyicilərinə milyardlarla dollar gətirə və sənayeyə kömək edə bilər”.
Ölkəpress.com