olkepress.com
olkepress.com

Abşeron rayonunun yeni icra başçısı Fuad Cəbrayılov olur

10-02-2020, 10:05

Abşeron rayonunun yeni icra başçısı Fuad Cəbrayılov olur Adı MTNişində və bir çox rüşvət qalmaqallarda hallanan başçı müavini Fuad Cəbrayılov Abşerona icra başçısı gətirilir.

İXA.az-a bu barədə Abşeron rayon icra hakimiyyətindəki mənbə məlumat sızdırıb.
Bildirilib ki, Fuad Cəbrayılov yaxın aylarda Abşeronun icra başçısı olur.
İddia olunub ki, illər öncə Fuad Cəbrayılovun adı MTN qalmaqalında hallansada özünü sığortalaya bilmişdir. Baxmayaraq ki, İlqar Əliyev və Akif Çovdarovla yaxınlığı ilə fərqlənən Cəbrayılov hazırkı icra başçısına qarşı jurnalist dostlarnı gizli təşkilatlandırıb.
Mənbə bildirib ki, İradə Gülməmmədova keçirdiyi bütün tədbirlərdə izlənir. Başçının getdiyi yerlər, görüşdüyü şəxslərlə bağlı çəkilən foto şəkillər Fuad Cəbrayılovun rəhbərliyi altında həyata keçirilir.
Tədbir və görüşlərdə çəkilən bir neçə foto icra başçısına göstərilir. Qalan əcaib çəkilən şəkillər isə gizlicə bəzi saytlara ötürülür ki, rayon rəhbərinə qarşı istifadə olunsun. Mənbənin iddiasına görə icra başçısın qardaşı da F. Cəbrayılov tərəfdən tələyə salınıb.
Beləki, məlum apartmanın tikitisinin aparılması üçün başçı qardaşı tərəfindən alınan pulu Cəbrayılov ələ keçirtmək üçün bir neçə jurnalist dostundan istifadə edib. Bundan sonra tikinti işləri dayadırılıb. Və, Cəbrayılov, Akif Əliyevin əli ilə həmin tikinti sahibindən ikiqat pul alaraq tikintinin aparılmasına nail ola bilib. Ümumiyyətlə F. Cəbrayılov Abşeron icrada başçıya sadiq adamları qarayaxmalarla sıradan çıxarıb, qarşısını təmizləyir. Bu təmizlik işi isə aylar sonra ona veriləcək yüksək vəzifəyə gəlmək üçün lazım olacaq. Bu səbəbdən də Cəbrayılov İ.Gülməmmədovanı taxtan salmaq üçün tez-tez Zakir Fərəcov kartından da istifadə edib.
Mənbə onuda iddia edir ki, Fuad Cəbrayılov prezidentin keçmiş köməkçisi Əli Həsənovlada yaxın işbirliyinə olub. Onlar çox yaxın olduqları üçün Abşeronda olub, bitənlərlə bağlı hər gün Həsənov məlumatlanıb. Amma, Zakir Fərəcovun güclü əlaqələri Gülməmmədovanın kreslosunu dəbərdə bulməyib. Fərəcovda bu səbəbdən mediada hədəfə çevrilib. Onun var-dövlətinin siyahısı saytlarda tirajlanıb. Fərəcovla bağlı bütün tənqidi yazılar F.Cəbrayılovun gizli tapşırığı sayəsində, həbsdən yeni çıxan iş adamı tərəfindən həyata keçirildiyi də iddialar arasında yer alıb.
Xülasə, deyə biləri ki, Kraliçanın rayonda buraxdığı boşluqlar və baş alıb gedən qanunsuzluqlar getdikcə onun hökümranlığının əcəl zənginə çevrilir. Səbəb və nəticələrə baxdıqda, aylar sonra həqiqətən də Fuad Cəbrayılov əməyinin bəhrəsini görə biləcəyi qaçılmazdı.
Qarşı tərəfidə dinləməyə hazırıq.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi