olkepress.com
olkepress.com

Əlisahib Hüseynov Asif Usubəliyevə başsağlığı verib

11-01-2025, 10:54

Əlisahib Hüseynov Asif Usubəliyevə başsağlığı veribAzərbaycan Həmrəylik Komitəsinin (AHK) sədri Əlisahib Hüseynov siyasi elmlər üzrə fəlsəfə doktoru, Siyasi Elmlər üzrə Müdafiə Şurasının üzvü, politoloq Asif Usubəliyevə (Asif Adil) atası Adil Usubəliyevin vəfatı münasibətilə başsağlığı verib.

AHK mətbuat xidməti xəbər verir ki, komitə sədrinin ünvanladığı başsağlığı məktubunda deyilir:

“Hörmətli Asif müəllim,

Atanızın vəfat xəbəri bizi dərindən kədərləndirdi.

Bu ağır faciə ilə bağlı Sizə və ailə üzvlərinizə dərin hüznlə başsağlığı verir, mərhum atanızın ruhuna Uca Allahdan rəhmət diləyirik.

Allah rəhmət eləsin.

Dərin ehtiram və rəhmət hissilə:

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri”


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi