olkepress.com
olkepress.com

Nazir rüşvətə görə, 6 yüksək vəzifəli şəxsləri işdən qovdu - Rəsmi açıqlama

28-01-2020, 10:24

Nazir rüşvətə görə, 6 yüksək vəzifəli şəxsləri işdən qovdu - Rəsmi açıqlama2019-cu ildə korrupsiya faktlarına görə 6 rayon təhsil şöbəsi rəhbərinin əmək müqaviləsinə xitam verilib.

İxa.az-ın məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov bu gün keçirdiyi mətbuat konfransında deyib.
Nazir bildirib ki, 10 rayon təhsil şöbəsinin əməkdaşına, 3 ərazi maliyyə-hesablaşma mərkəzinin rəhbərinə inzibati tədbirlər təqdim edilib. Bir sıra təhsil müəssisələrində ciddi faktların olması nəticəsində 7 halda materiallar hüquq - mühafizə orqanlarına hüquqi qiymət verilməsi üçün təqdim edilib.
Onun sözlərinə əsasən, ötən il 10 məktəb rəhbəri, direktor və direktor müavininin müqaviləsinə xitam verilib və onlar işdən kənarlaşdırılıb.
C.Bayramov əlavə edib ki, müqavilələrinin müddəti başa çatan 80 nəfər məktəb rəhbəri davamlı olaraq aşağı nəticələr göstərdiyi və məktəbi idarəetmədə bir sıra pozuntulara yol verdikləri üçün onların növbəti dəfə müqavilələrinin uzadılmaması barədə qərar qəbul edilib: "Əfsuslar olsun ki, bu istiqamətdə hələ də pozuntularla rastlaşırıq. 2020-ci ildə də belə hallar olacaqsa, Təhsil Nazirliyi tərəfindən buna sərt formada ciddi reaksiya veriləcək"."Axeber.az"
Nazir korrupsiya ilə bağlı vətəndaş müraciətlərinə ciddi reaksiya verildiyini də söyləyib.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aralık 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi