olkepress.com
olkepress.com

ATİAHİ-nın Abşeron rayon Komitəsində NƏ BAŞ VERİR...

1-08-2022, 10:41

ATİAHİ-nın Abşeron rayon Komitəsində NƏ BAŞ VERİR...

Olkepress.com xəbər verir ki, Qaynarxett.az-a daxil olmuş məqalədə Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Abşeron rayon Komitəsinin sədri Vahid Əliyevin yarıtmaz fəaliyyəti barədə bəhs edilir. Məqalədə deyilir:

"Heç kimə sirr deyil ki, bu gün təhsil işçilərinə, məktəblərə, müəllimlərə, gələcəyimiz olan gənclərə xüsusi diqqət və qayğı göstərilir və bir mətbuat orqanı olaraq bunu yazılarımızda xüsusilə vurğulamışdıq. Bu qayğıda görəsən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Abşeron rayon Komitəsini payı nə qədərdir? Məlum olduğu kimi Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı təhsil işçilərinin sosial durumunun, mənzil təminatının yaxşılaşdırılması, müəllimlərin müalicə və istirahətinin təşkili, əhalinin maarifləndirilməsi istiqamətində mühüm işlər görməli, müəllim əməyinin stimullaşdırılması və qiymətləndirilməsi, təhsil işçilərinin əmək hüquqlarının qorunması və pensiya təminatı sahəsində əlindən gələni əsirgəməməlidir. Görəsən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Abşeron rayon Komitəsinin sədri Vahid Əliyev bu yöndə nə kimi işlər görə bilib? Görəsən Vahid müəllim bir komitə sədri olaraq son vaxtlar Abşeron rayonunun hansı bir kənd məktəbinə baş çəkmiş, kollektivlə görüşmüş, həmkarlar itifaqının fəaliyyətini nəzərdən keçirmişdir.

Məlum olduğu kimi Abşeron rayonu paytaxta yaxın olmasına baxmayaraq əsasən kasıb kəndlərdən ibarətdir. Bu kəndlərin sakinləri iş üçün əsasən paytaxta üz tutduğundan daimi iş yerləri yalnız məktəb və uşaq bağçalarıdır. Məktəblərdə işləyən müəllimlərin başqa işlərlə məşğul olmağa vaxtları olmadığından maaşın ümidinə qalırlar. Odur ki, kəndlərdə elə sosialyönümlü problemlər yaranır ki, məktəb hər müəlliminə kömək etmək iqtidarında olmur. Ona görə də, bir çox sosialyönümlü və digər xarakterli problemlərin həlli birbaşa həmkarlar ittifaqı komitəsinin səlahiyyətləri çərçivəsində olur. Maraqlıdır, görəsən Vahid Əliyev bir Komitə sədri kimi son illər sosialyönümlü problemlərini həll etdiyi rayon təhsil işçilərindən birini bizə göstərə bilərmi? Maraqlıdir, görəsən Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Abşeron rayon Komitəsinin sədri rayon Təhsil Şöbəsinin rəhbəri ilə birgə üzv olan hansı təşkilatlara baş çəkmiş, onların problemləri ilə yerində maraqlanmışlar? Adıçəkilən hər iki qurum təhsil müəssisələrində əmək şəraitinin yaxşılaşdırılması yönündə nə kimi maarifləndirmə işləri aparmışlar? Görəsən Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Abşeron rayon Komitəsi son illər hansı bir xəstə müəllimin əməliyyat pulunu öz üzərinə götürüb, yaxud onun müalicəsinə köməklik göstərib, istirahətini təşkil edib? İstirahət demişkən,onu təşkil edər. Amma xəstələri deyil, sağlam adamları, sanatoriya biletinin yarı qiymətinə.

Bir şözlə, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Abşeron rayon Komitəsinin də fəaliyyəti ürəkaçan deyil. Burada Sumqayıt Regional Təhsil İdarəsinin və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Abşeron rayon Komitəsinin rəhbərlərinin birgə fəaliyyəti, yəni İlhamə Abdullayeva və Vahid Əliyev tandemi əsas rol oynayır. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr Millət Vəkili Səttar Mehbalıyev də həmişə olduğu kimi bütün bu baş verənlərə göz yumur. Bəs, Təhsil Naziri necə, bu kimi hallara göz yumacaqmı?

Xatırladaq ki, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Abşeron rayon Komitəsinin xidmətində 61 müəssisə və təşkilat fəaliyyət göstərir. Kolleclər, Peşə məktəbləri, Orta ümumtəhsil (əsas, ibtidai, səkkizilliklə birlikdə) məktəbləri , uşaq bağçaları, uşaq yaradıcılıq mərkəzləri, uşaq gənclər idman məktəbi, Təhsil Şöbəsi, Bu idarə və müəssisələrdə işləyən həmkarlar ittifaqı üzvlərinin tələbə həmkarlar ittifaqı üzvlərinin sayı ilə birlikdə Abşeron rayon komitəsi üzrə ittifaq üzvlərinin sayı beş min civarındadır."
Ardı var.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi