olkepress.com
olkepress.com

DEPUTAT: "Qazilərin əlilliyinin təyin olunması ilə bağlı prosedurlara yenidən baxılmasına ehtiyac var...

3-06-2022, 19:06

DEPUTAT: "Qazilərin əlilliyinin təyin olunması ilə bağlı prosedurlara yenidən baxılmasına ehtiyac var...

“Vətən müharibəsi iştirakçılarının, qazilərimizin əlilliyinin təyin olunması hələ də problem olaraq qalır”.

Bunu Milli Məclisin deputatı Nigar Arpadarai ötən gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində xoşagəlməz olaylara məcbur edilən qazilərlə bağlı danışarkən bildirib.

“Aidiyyatı qurumların qanunla müəyyən olunmuş prosedurları, əlilliyə düşən xəstəliklərin siyahısı var, bu aydındır. Təbii ki, sosial müdafiə sistemində yüzlərlə düzgün, dürüst, vətənpərvər insan çalışır ki, insanların ehtiyacları qarşılansın. Sosial sistemdə bir çox islahatlar aparılıb ki, şəffaflıq və ‘təmizləmə’ olsun, bunu da etiraf etməliyik. Amma qazilərin əlilliyinin təyin olunması ilə bağlı prosedurlara yenidən baxılmasına ehtiyac var, burada bürokratiya çoxdur”,- xanım deputat əlavə edib.

N.Arpadarainin sözlərinə görə, qazilər heç bir yerə getməməli, səyyar sistem olmalıdır ki, əlillik üçün təqdim olunmalı olan sənədləri onların evlərinə gətirsinlər:

“Bu mexanizmi yaratmaq lazımdır. Xəstəliklərin siyahısına gəldikdə isə buna yenidən baxılmalıdır, siyahı genişləndirilməlidir. Bəzi qazilərimiz psixoloji gərginlik keçirir, psixoloji problemləri olan qazilərimiz qeydə alınmalı, onlara ixtisaslı hərbi psixoloqlar tərəfindən yardım göstərilməli, lazım gəldikdə isə hətta psixoloji vəziyyətinə görə əlillik təyin olunmalıdır.

Bəli, bu asan deyil, amma bu məsələdə məmurlar daha müdrik və çevik olmalıdırlar. Bunu etmək üçün artıq kifayət qədər təcrübə və məlumat bazamız var.

Milli Məclisdə bu məsələləri dəfələrlə müzakirə etmişik, mən və deputat həmkarlarım bu istiqamətdə təkliflər irəli sürürük. Bir müddət öncə Milli Məclisdə çıxışım hələ də aktuallığını itirməyib. Həyat və sağlamlığı bahasına bizə möhtəşəm qələbəni qazandıran şəxslər daim diqqət və qayğı mərkəzində olmalıdır. Bunu cənab Prezident, bunu Xalq tələb edir”. (Modern.az)

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi