olkepress.com
olkepress.com

“Azərsu” ASC peşə bayramına orden-medal “bazarlığı” ilə gedir?

24-05-2022, 11:57

“Azərsu” ASC peşə bayramına orden-medal “bazarlığı” ilə gedir?

Dünən saytımızda gedən “Peşə bayramı ərəfəsində Rafiq Aslanovun Prezidenti aldatmaq cəhdi baş tutacaqmı?” başlıqlı yazı 5 iyunda peşə bayramını qeyd etməyə hazırlaşan digər qurumun - “Azərsu” ASC-nin kollektivi arasında böyük əks-sədaya səbəb olub.

Sözügedən yazıda göstərilirdi ki, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Zaur Mikayılov olsa da, peşə bayramı ərəfəsində təltif edilməsi nəzərdə tutulan və Prezidentə təqdim edilməsi gözlənilən siyahıdakı şəxslərin kimliyi sədr müavini Rafiq Aslanov tərəfindən müəyyənləşdirilib. Rafiq Aslanov isə uzun illər su təsərrüfatı sahəsində səmərəli fəaliyyət göstərənləri deyil, ona yaxın olanların, onun şəxsi maraqlarını təmin edənlərin adlarını məlum siyahıya daxil edib və nəticə etibarilə Prezidenti aldatmaq iddiasına düşüb.
Saytımızla əlaqə saxlayan “Azərsu”ASC-nin bir neçə əməkdaşı bildirib ki, bu qurumda da oxşar vəziyyət yaranıb. Belə ki, uzun illər bu sistemdə can qoyanlar, qüsursuz fəaliyyət göstərənlər qalıb bir kənarda, barələrində son bir ildən bəri aidiyyatı dövlət qurumları tərəfindən yoxlama aparılan, korrupsiya əməllərində şübhəli bilinən bəzi şəxslər orden və medallara, fəxri adlara namizəd göstəriliblər. Həmin siyahının “Azərsu” ASC-nin sədr əvəzi Köçərli Həsənov tərəfindən tərtib olunduğu bildirilir.
Deyilənə görə, kənardan ona göstəriş verən, “dirijor çubuğu” ilə onu istiqamətləndirən isə “Azərsu”ASC-nin sabiq sədri Qorxmaz Hüseynovdur. Nə qədər qəribə səslənsə də, belə çıxır ki, adı çoxsaylı korrupsiya əməlləri və digər cinayətlərdə hallanan Qorxmaz Hüseynov doğrudan da heç kəsdən qoxmur və köhnə komandası üzərində nəzarəti hələ də əlində saxlamağı bacarıb. Demək ki, “Azərsu”ASC-də hələ də “köhnə hamam, köhnə tas”dır. Görəsən, bu rəzalət nə vaxta kimi davam edəcək?
(FHA.az)

Ōlkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Haziran 2022    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi