olkepress.com
olkepress.com

FHN şefinin tender oyunları

24-01-2022, 14:03

FHN şefinin tender oyunları

Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov son vaxtlar ən çox itirən oliqarx-məmurlardandır, desək yanılmarıq. Hər halda, bir-birinin ardından şirkətləri əl dəyişdirən FHN şefi demək olar ki. biznes imperiyasının əhəmiyyətli hissəsindən imtina etməli olub.

DİA.AZ bildirir ki, amma buna rəğımən fövqəlnazir hələ də ayaqdadır. Bunu elə Kəmaləddin Heydərovun nazirliyinin son tenderlərindən də aydın şəkildə görmək olar.

Son məlumata görə, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyəti elan etdiyi tenderin qalibini açıqlayıb.

DİA.AZ xəbər verir ki, 1 558 339 manatlıq tenderin qalibi "Azəri Biznes" MMC olub.

Tenderlə Hacıqabul şəhəri, Ə.Vahid küçəsi 47 ünvanda yerləşən qəzalı vəziyyətdə olan binanın sakinləri üçün Hacıqabul-Şirvan yolunun qərbində yaşayış binası tikiləcək.

Onu da bildirək ki, "Azəri Biznes" MMC FHN şefi üçün təsadüfi şirkət deyil.

Belə ki, AZƏRİ BİZNES MMC 1401122631 AZ1014, BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, BÜLBÜL PR., ev 55, m. 16 10 AZN CƏMİLƏ İSMAYIL ZADƏ EYYUB QIZI 4/12/2007

Qeyd edək ki, şirkət Gilan Holdinqin bir neçə şirkətinin qeydiyyatda olduğu ünvanda yerləşir. Direktoru Cəmilə İsmayılzadə holdinqin daha bir şirkətinə rəhbərlik edir. Azəri Biznes MMC buna qədƏr də FHN-in bir neçə tenderinin qalibi elan olunub.

Hər halda, maraqlı fatklardır...

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi