olkepress.com
olkepress.com

Məhkəmə Əli Həsənovun nəvəsinin əmlakına həbs qoydu

19-11-2021, 15:53

Məhkəmə Əli Həsənovun nəvəsinin əmlakına həbs qoydu

Məhkəmə Əli Həsənovun nəvəsinin əmlakına həbs qoyub.

Bu barədə Bizim.Media-ya türk iş adamı Mütallib Tekiş məlumat verib.

O, bildirib ki, Baş nazirin keçmiş müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin 2017-ci il avqustun 3-də Heydər Əliyev prospektində törətdiyi ağır qəzadan zərərçəkmişlərə təzminat ödəməkdən imtina etdiyinə görə, noyabrın 16-da Apelyasiya Məhkəməsində Nail Allahverdiyevin mal varlığına həbs qoyulub.

Tekişin sözlərinə görə, qəzadan sonra həm özü, həm də həyat yoldaşı Söngül xanım çox ağrılı günlər yaşayıblar. Şikayətçi bildirib ki, iki ilə yaxındır gedən məhkəmə proseslərində onların tələbləri qismən təmin edilib. Lakin Tekiş ailəsinin Nərimanov Rayon məhkəməsində qaldırdığı vəsait qismən təmin edildiyi və Əli Həsənovun onlara vəd etdiyi təzminatı həyat yoldaşının 1 il 5 aylıq müalicə puluna hesablanaraq, məhkəmə Həsənovu bütün öhdəliklərdən azad etmək barədə qərar çıxarıb. Məhkəmənin bu qərarından razı qalmayan Mütallib Tekiş Apelyasiya məhkəməsinə şikayət edib.

Noyabrın 16-da keçirilən prosesdə isə Nail Allahverdiyevin zərərçəkənlərə təzminat ödəməkdən boyun qaçırdığı üçün mal varlığına həbs qoyulub.

Belə ki, Tekiş cütlüyünə dəymiş ziyanı ödəmək qarşılığında şikayət etməməkləri haqqında saziş imzalayan Həsənov ailəsi, bir müddət onların müalicəsini ödədikdən sonra məsuliyyətdən boyun qaçırıb. Bundan sonra ailə məhkəməyə təkrar müraciət etməli olub.

Mütallib Tekiş bildirib ki, məhkəmə son qərarını noyabrın 23-də keçirilən prosesdə verəcək:

“Noyabrın 23-də keçirilən prosesdə hakim yekun qərarı elan edəcək. Qarşı tərəf verilən qərardan heç məmnun deyil. Həsənovlar ailəsinin vəkili Muxtar Musayev çıxışlarında hər zaman olduğu kimi aqressiv idi. Hətta hakim ona bu barədə xəbərdarlıq da edib. Noyabrın 8-də biz həyat yoldaşımın müalicəsinin uzun müddət davam edəcəyi barədə arayışı məhkəməyə təqdim etmişik və bununla bağlı qərarı səbrsizliklə gözləyirik”.

Sonda Mütallib Tekiş bildirib ki, Apelyasiya məhkəməsinin qərarı onları qane etməsə, Ali Məhkəməyə müraciət edəcək.

Lazım gəlsə, haqlarını təmin etmək üçün Avropa İnsan Hüquqları Məhkəməsinə qədər gedəcəklər:

“Çünki yoldaşımın səhhətində çox ciddi problem var, mütləq müalicə alıb və mütəmadi fizeoterapiya olmalıdır. O, bu qəzadan sonra 80% əlil olub”.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi