olkepress.com
olkepress.com

AZAL prezidentinin xanımıyla iş adamı arasındakı çəkişmədə 1 milyonluq mənzil söhbəti

17-11-2021, 18:17

AZAL prezidentinin xanımıyla iş adamı arasındakı çəkişmədə 1 milyonluq mənzil söhbəti

"İdeal” mağazalar şəbəkəsinin keçmiş rəhbəri, bu ilin aprelindən həbsdə olan iş adamı İlqar İsmayılovun məhkəməsi yekunlaşmaq üzrədir.
Artıq ittiham tərəfin şahidlərinin dindirməsi başa çatıb.


Bizimyol.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən budəfəki məhkəmə iclasında İlqar İsmayılov və vəkillərinin dindirilməsini istədiyi əlavə şahidlər ifadə verib.

İlqar İsmayılova qarşı ittihamda iddia olunur ki, o, 2011-ci ildə "İdeal Kompani"nin səhmlərinin bir hissəsini AZAL prezidenti Cahangir Hacıyevin həyat yoldaşı Zərifə Həmzəyevaya satandan sonra şəriklik dövründə şirkətin kassasından ümumilikdə 680 min manat pul götürüb, şəxsi ehtiyaclarına xərcləyib. İttihama əsasən, İlqar İsmayılov "Şəhər bağları”nda mənzil almaq üçün “İdeal Kompani” MMC-nin kassasından 2013-cü ilin iyun ayında 280 min manat götürüb.

Vəkillərin məhkəməyə təqdim etdiyi "Razılaşma” adlı sənəddən isəməlum olub ki, həmin mənzil 280 min manata deyil, 1 milyon manata alınıb. Bu bu məbləğ də 2013-cü ilin aprel ayında ödənilib. "Razılaşma" sənədini mənzili satan şəxsin adından Zeynalov Elçin və Əkbərov Əhməd adlı şəxslər, İlqar İsmayılov tərəfdən isə Qarayev Həbib adlı şəxs və sözügedən MTK-nın komendatı Xaliq Orucov imzalayıb.

Vəkillərin vəsatətinə əsasən, sənəddə imzası olan Zeynalov Elçin, Qarayaev Həbib və Orucov Xaliq məhkəmədə dindiriliblər. Onlar sənədin məzmununu təsdiq edərək bildiriblər ki, doğrudan da həmin mənzili İlqar İsmayılov 1 milyon manata 2013-cü ilin aprelində alıb. İlkin olaraq, 100 min manat, daha sonra 900 min manat olmaqla iki dəfəyə ödənilib.

Vəkillər bildirib ki, bu ifadələr İlqar İsmayılov tərəfindən “Şəhər bağları”nda mənzilin alınması üçün “İdeal Kompani” MMC-nin kassasından 2013-cü ilin iyununda 280 min manat məxaric edilməsi ilə bağlı ittihamda yazılanların həqiqətə uyğun olmadığını sübut edir.

İlqar İsmayılov 2011-2017-ci illərdə vəzifəsindən sui-istifadə edərək, 680 min manata yaxın vəsaiti mənimsəməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda məınimsəmə) və 308.2 (vəzifədən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb. Lakin o, ittihamları qəbul etmir.

İş adamı isə deyir ki, 2011-ci ildə “İdeal”ın 50 faizini AZAL prezidentinin xanımına satıb. Daha sonra özündə qalan 50 faizin 25 faizini də satmaq məcburiyyətində qalıb. Qalan 25 faizlik payını və əmtəə nişanını vermək istəmədiyinə görə 2017-ci ildə şərlənərək həbs edilib. 3 ay 10 gün həbsdə saxlandıqdan sonra məcburiyyət qarşısında şirkətdəki payından və əmttə nişanı hüququndan imtina etməsi haqda sənədləri imzalayıb. Bundan sonra həbsdən buraxılıb, az sonra barəsindəki cinayət işinə də xitam verilib. Başına gələnlər haqda bir müddət susub danışmasa da, 3 il sonra hüquqlarının bərpasını tələb etməyə başlayıb, müxtəlif dövlət orqanlarına şikayətlər yazıb, mediaya bu haqda müsahibələr verib. Bundan sonra yenidən həbs olunacağı barədə xəbərdarlıq edilib. Susmadığına görə bu ilin aprelində yenidən həbs olunub.

İlqar İsmayılov həbsinə və şirkətin əlindən alınmasına görə AZAL rəhbəri Cahangir Əsgərovu ittiham edir.

Zərifə Həmzəyevanın hüquqşünası İlqar İsmayılovu böhtana görə xüsusi ittiham qaydasında məhkəməyə versə də, məhkəmə iş adamının təqsirsiz olduğu qənaətinə gəlib.

“İdeal”ın idarəçiləri 2020-ci ildə “Sabina” mağazalar şəbəkəsini də alıb. Bu iki şirkət “Adore Company”ə daxil edilib.

AZAL prezidentinin xanımı həm də “Premium Bank”ın da əsas səhmdarı, kosmetik məhsullar istehsal edən “Gazelli Group”un rəhbəridir.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi