olkepress.com
olkepress.com

“SƏDƏRƏK”DƏ YENI AXUNDA ETIRAZ EDƏN ŞƏXS HƏBS EDİLDİ

15-11-2021, 13:35

“SƏDƏRƏK”DƏ YENI AXUNDA ETIRAZ EDƏN ŞƏXS HƏBS EDİLDİ

“Sədərək” Ticarət Mərkəzində yerləşən məscidin axundunun dəyişdirilməsinə etiraz edən Aydın Nağıyev həbs edilib.

Ölkəpress.com "Qafqazinfo"ya istinadən xəbər verir ki, A.Nağıyev noyabrın 12-də məscidin içində axund hacı Əkrəmin çıxarılaraq yerinə Fərid İsmayılzadənin təyin edilməsinə etirazını bildirib. O, hadisədən sonra “Sədərək” TM-nin mühafizəçiləri tərəfindən döyüldüyünü bildirmişdi.

Məsciddən A.Nağıyevin iddiaları ilə bağlı bildirilib ki, həmin şəxs özü barmağına xəsarət yetirdikdən sonra qanını üzünə sürtərək döyüldüyü görüntüsünü yaradıb.

Hadisə ilə bağlı Qaradağ RPİ 10-cu Polis Bölməsində araşdırma aparılıb.

Aydın Nağıyev İnzibati Xətalar Məcəlləsinin 535-ci (polisin qanuni tələbinə qəsdən tabe olmamaqda) ittiham edilib. Onunla bağlı toplanan materiallar Qaradağ rayon məhkəməsinə göndərilib. Hakimin qərarı ilə Aydın Nağıyev 15 sutka inzibati qaydada həbs edilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi