olkepress.com
olkepress.com

Vasif Talıbovun anlaşılmaz addımı NARAZILIQ YARATDI...

11-11-2021, 16:54

Vasif Talıbovun anlaşılmaz addımı NARAZILIQ YARATDI...

Bir müddətdir Naxçıvanda fəaliyyət göstərən bir sıra restoranlar işləmir.

Manset.az-ın əldə etdiyi məlumata görə, muxtar respublikanın Naxçıvan şəhərində fəaliyyət göstərən əksər restoranlar xeyli müddətdir çalışmır. Ancaq toy etmək üçün restoranlar fəaliyyət göstərir. Bununla belə şəhərin mərkəzində yerləşən və gündəlik muxtar respublikaya gedən turistlərin yemək yemək istədiyi, möhtəşəm gözəlliyi ilə seçilən “Nuh-Yurdu”, “Köşəbaşı”, Naxçıvan Atçılıq Mərkəzinin içərisində olan restoranlar və daha bir neçəsi hazırda fəaliyyətini dayandırıb. Bir sıra ölkələrdən və yerli əhalinin də tez-tez səfər etdiyi Naxçıvan şəhərində insanlar yemək yemək üçün açıq, eyni zamanda yüksək səviyyəli xidmət göstərən restoran tapa bilmir.

Araşdırmamız nəticəsində bəlli oldu ki, restoranların fəaliyyətinin dayandırılması göstərişini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov verib. Onun hansı səbəbdən belə qərar qəbul etməsi bəlli deyil. Restoranların fəaliyyətinin hansı səbəbdən dayandırılması ilə bağlı müvafiq qurumlara müraciət etsək də, onlar bu barədə məlumatlarının olmadığını bildirdi.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi