olkepress.com
olkepress.com

Nazir 1 qəpik bahalaşma yoxdur desə də…

11-11-2021, 16:50

Nazir 1 qəpik bahalaşma yoxdur desə də…

Noyabrın 10-da maliyyə naziri Samir Şərifov ölkədə bahalaşmaya və rüsumların artımına elə don geyindirdi ki, hər tərəfi alaçıq, yarımlüt qaldı.

Reportyor.info-nun siyasət şöbəsi yazır ki, ölkənin maliyyə sektoruna cavabdeh olan nazir bir tutarlı səbəb tapa bilmədi. Əhalini inandırmağa çalışdı ki, guya bütün dünyanı bahalaşma cənginə alıb, S. Şərifov gül vurdu, dedi ki, ən aşağı rüsum olan ölkə bizim məmləkətdir. “Tarixi Nadiri” yarıya qədər oxumuş adam da yaxşı bilir ki, bahalaşmanın baiskarı hökumətdir: benzin, işıq, qaz, su tarifləri artırılıb, marketlərdə hər şeyin qiyməti qalxıb, monopoliya zərrə qədər aradan qalxmayıb, inflyasiya gedir, əhalinin gəlirləri isə artmaq bilmir.

Nazir isə Tarif Şurasında xalqın əzrayılı kimi çıxış edir, qiymət artımına gedir, bu yandan isə parlamentə hesabat verəndə səbəbi xarici faktorlarda axtarır. Guya deputatlardan kimsə nazirə etiraz edəcəkdi. Sadəcə, bu, xalqı ələ salmaqdır. Sən bütün dövlət xidmətlərinin rüsumunu qaldır, hətta boşanma üçün rüsumu, hətta vətəndaşlıqdan çıxıb bu ölkədən imtina edən şəxsdən də tələb edilən rüsumu qaldır, sonra Samir Şərifov söyləsin ki, guya dünyada rüsumlar yüksəkdir, bizdə aşağı…Cənab nazir, bəs o xaricdə maaşların, həyat səviyyəsinin də yüksək olduğunu bilirsinizmi? Necə olur ki, maaş, pensiya artımına gələndə ölkəni geridəqalmış dövlətlərlə müqayisə edirsiniz, artıma gedəndə inkişaf etmiş Avropa ilə?!
Bizi Almaniya, Fransa, İngiltərə ilə bir tərəziyə qoyanda, zəhmət olmasa maaş və təqaüdlərin məbləğini də Qərblə tay tutun. İqtisadiyyatı neftdən asılı olan, kölgə iqtisadiyyatı büdcədən azı 3 dəfə artıq olan bu ölkədə inhisarın, korrupsiyanın qarşısı alınmır, qiymət artımı ilə bağlı əti bir dəfə belə total yoxlama aparılmır, bəs bahalaşmanı kimlər yaradır? Beləliklə, hökumət əhalini yeni sosial gərginlik və yoxsulluqla baş-başa buraxıb, gülümsəyin cənablar, gülümsəyin!!!

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi