olkepress.com
olkepress.com

KÜRDƏMİR REGİONAL MƏDƏNİYYƏT İDARƏSİNDƏ NƏLƏR BAŞ VERİR?

26-10-2021, 10:17

KÜRDƏMİR REGİONAL MƏDƏNİYYƏT İDARƏSİNDƏ NƏLƏR BAŞ VERİR?

Əbülfəz Qarayev getdi, Anar Kərimov gəldi, ancaq vəziyyət dəyişmədi ..

Mədəniyyət naziri Əbülfəz Qarayev işdən azad olunanda, yaxın ətrafı həbs olunanda, hamı düşünürdü ki, mədəniyyət sahəsində nəhayət sular durulacaq.
Hətta yeni mədəniyyət naziri Anar Kərimovu çoxları islahatçı nazir kimi bəh-bəhlə tərifləyirdi.
Amma təəssüf ki, belə olmadı.
Gundelik-bakıya daxil olan məlumatlardan bəlli olur ki, əvvəl olduğu kimi yenə nazirlikdə qohumbazlıq, rüşvətxorluq və korrupsiya halları davam edir.
Məlumat üçün qeyd edək ki, bu ilin əvvəlində cənab nazir Anar Kərimovun əmri ilə Faiq Elman oğlu Xudanlı Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin olunub.
Cənab Xudanlı özünün Füzuli rayonu üzrə nümayəndəsi Elşad Cəfərovla birləşərək ilk gündən Füzuli rayon Aybasanlı kənd uşaq musiqi məktəbinin direktorunu işdən azad edərək onun yerinə orta ixtisaslı Əliyev Anar Nemət oğlunu təyin edib.
Bu adama başa salmaq olmur ki, Anar Əliyevin Füzulinin Qarabulaq kənd uşaq musiqi məktəbində 32 saat dərs saatı var. Belə olan halda Anar Əliyev necə başqa məktəbdə direktor ola bilər?
Ən təəccüblüsü odur ki, Anar müəllim hər iki məktəbdən maaş alır.
Axı, əsasnaməyə görə, 32 saat dərs yükü olan müəllim həftənin 6 gününü mütləq məktəbdə olmalıdıır.
Həm də nəzərə almaq lazımdır ki, məktəbin biri Xətai rayonunda, o biri isə Qaradağ rayonunun Qobu qəsəbəsində yerləşir.
Görəsən Anar Əliyev gün ərzində Xətai ilə Qaradağ rayonu arasında marafon yarışına çıxır ?
Deməli Anarın məsələsində cinayət əməli də var.
Belə ki, qanunsuz olduğuna görə, Qarabulaq məktəbinin direktoru Anar Əliyev əmək haqqını buraxmaq istəmir. Faiq Xudanlı və Elşad Cəfərov isə direktoru məcbur ediblər ki, əmək haqqını burax.
Görəsən kifayət qədər ali təhsilli kadr olduğu halda, orta ixtisaslı Anar Əliyevi niyə direktor qoyublar?
Faiq Xudanlı ilə nümayəndəsi Elşad Cəfərov Füzuli rayon 3 nömrəli uşaq musiqi məktəbinin direktorunu da işdən azad edərək yerinə savadsız, işini bacarmayan, heç bir musiqi ifa edə bilməyən, amma Elşad Cəfərovla yaxınlıq edən Əhmədova Lamiyə Fəxrəddin qızını direktor təyin ediblə
Direktor Lamiyə anası Cavadova Gültəkinə, xalası qızları Hüseynova Aynur, Hüseynova Təhminənin hər birinə 24 saat dərs verib. Ancaq direktorun qohumları həftədə 2 dəfə məktəbə gəlirlər. Əslində hansı müəllimin 24 saat dərsi varsa, həmin müəllimlər həftənin 5 günü saat 2-dən 6-ya qədər məktəbdə olmalıdır.
Lamiyə məktəb işini bilmədiyinə görə, dayısı, Horadiz uşaq musiqi məktəbinin direktoru Azər Cavadov məktəbdə dərs bölgüsünü aparır.
Görəsən Horadizdə məktəbdə Azər Cavadovun işini kim aparır?
Yeri gəlmişkən, direktor Lamiyə Əhmədovanın əri Vüqar Əhmədov polis işçisidir.
Bütün bunlar azmış kimi, Faiq Xudanlı və Elşad Cəfərov Füzuli rayon Qarabağ kənd uşaq musiqi məktəbində müəllimlərlə görüşdə müəllimlər arasında nifaq salmışlar və bunun nəticəsində 2 müəllim bir-birlərini bıçaqlamışdır. Hazırda iş hüquq-mühafizə orqanlarında araşdırılır.
Ümumiyyətlə, musiqi məktəblərində qayda üzrə həftənin 1-ci günləri 13-14 müəllim olmalıdır və hər günün öz müəllimi olmalıdır. Hər bir müəllimin jurnalı, eyni zamanda şagirdlərin davamiyyəti yoxlanılmalıdır. Əgər şagirlərin sayı normadan azdırsa, məktəb bağlanmalıdır.
Ancaq bütün bunlara əməl edən yoxdur. Çünki direktorların beli Xudanlıya bağlıdır.
Hazırda Müşfiq qəsəbəsində yerləşən 3 saylı Füzuli rayon uşaq musiqi məktəbində də ciddi narazılıqlar var.
Regional İdarəyə tabe olan İmişli rayonundakı vəziyyət daha da ciddidir. İmişli rayon mədəniyyət müəssisələrində aparılan qərəzli manitorinqlər bütün mədəniyyət işçilərinin qəzəbinə səbəb olub.
Regional mədəniyyət müəssisələrində heç bir maddi- texniki təminat olmadığı halda onlardan yüksək səviyyədə işlər tələb olunur.
Faiq Xudanlı Beyləqan rayonunda da işləri dözülməz həddə çatdırıb.
Təsəvvür edirsiniz, Xudanlı dövlət qulluğu statusunda olan Regional İdarənin baş məsləhətçisi vəzifəsini həvalə edib tarix diyarşünaslıq muzeyinin direktoru Mehriban İsgəndərliyə. O da rayonda mədəniyyət işçiləri arasında narazılıq yaradır. Faiq Xudanlı Xocavənd rayon nümayəndəsini Xocavəndə yollayanda ona ezamiyyət yazır. Maraqlıdır ki, nümayəndə öz rayonuna gedəndə ezamiyyət olunmalıdır?
Bunlar hamısı dövlət vəsaitlərini talamaq üçündür.
Bütün bunlar bir yana Xudanlı- Elşad cütlüyü hətta “siyasi işlər” də törədirlər.
Faiq Xudanlı 2003-cü ildə Prezident seçkisində İsa Qəmbərin təbliğatçısı olub.
Elşad Cəfərov isə Füzuli RİH-də baş verən bütün məsələləri Faiq Xudanlıya çatdırır və rayonda sabitliyi pozmağa çalışırlar.
Faiq Xudanlı o qədər həddini aşıb ki, deyir nazir Anar Kərimov da xahiş etsə eşitməyəcəm. Bəlkə İlham Əliyev zəng edə mənə xahiş edə onda deyərəm hə.
Deyəsən, Faiq Xudanlı öz köhnə “peşəsinə”, yəni qutab satmağa qayıtmalı olacaq.
Biz demirik, Faiqin özü deyir ki, mən həmişə Sahil metrosunun yaxınlığında disk, qutab satırdım. İndi gəldim oldum rəis.
P.S Bax burda deyiblər, qutab satandan heç vaxt rəis olmaz, çünki o alverçidir.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi