olkepress.com
olkepress.com

Tural Müseyibovun Heydər Əliyevlə olan xatirələri - VİDEO

10-05-2021, 15:32

Tural Müseyibovun Heydər Əliyevlə olan xatirələri - VİDEO

Müsahibə sonrası bütün çıxışlarında o səmimiyyətə köklənirdi! Prezident olmaqla yanaşı, həm də onlar üçün mənəvi ata, böyük dayaq və qürur yeri idi. Bir sözlə ümummilli lider Heydər Əliyev bu gün onların yaddaşında unudulmaz izlər buraxıb.

Heydər Əliyevin səmimiyyətlə yoğrulan nitqləri jurnalistləri ona bir addımda yaxınlaşdırırdı. Çünki bu sahədə çalışan insanlarla görüşdə daima ilk sualı “Necəsiniz və nəyəsə ehtiyacınız varmı?” ilə başlayırdı!

“Ümummilli Lider Heydər Əliyevlə olan xatirələr mənim üçün jurnalistikada qazandığım ən xoş təcrübədir” - deyir Tural Müseyibov.

Saatlarla görüşün nəticəsini gözləyən müxbirlər heç vaxt yorulmazdı. Çünki prezident müxbiri olmaq, hazırlanan materialdan sonra lider təşəkkürü almaq hər müxbirə nəsib olmurdu. Tural Müseyibov deyir ki, ümummilli liderin efirə gedən hər bir materialı izləməsi jurnalist olaraq bizdə həm məsuliyyət, həm də rəqabət yaradırdı.

Bəli, bu gün təqvimə o qara həriflərlə həkk olunan işğal tarixini geridə qoymuşuq. Ümummilli lider Heydər Əliyevin Qarabağla bağlı arzuları gerçəkləşmiş oldu. Qarabağ artıq azaddır! Ruhunuz şad olsun, müstəqil Azərbaycanın qurucusu və yaradıcısı Heydər Əliyev!

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:



ölkəpresscom


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi