olkepress.com
olkepress.com

İlham Əliyev Şuşanın “İskəndər-M” raketləri ilə atəşə tutulmasından danışdı: “Biz cavab istəyirik”

12-04-2021, 17:44

İlham Əliyev Şuşanın “İskəndər-M” raketləri ilə atəşə tutulmasından danışdı: “Biz cavab istəyirik”Şuşanı ermənilər bu “İskəndər-M” raketləri ilə atəşə tutmuşdular. Ermənistan ordusunda bu raketlər haradandır? Bu raketlər olmamalı idi. Artıq bu, əyani sübutdur. Ermənistanın hərbi cinayətinin sübutudur.

Bu sözləri bu gün Prezident İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edən zaman deyib:

“Biz cavab istəyirik. Bu ölümcül silah Ermənistanın əlinə necə düşdü? Hələ ki, cavab ala bilməmişik. Amma alacağıq. Hər kəs gəlsin, görsün, Şuşanı, bizim qədim şəhərimizi Ermənistan “İskəndər-M” raketləri ilə məhv etməyə çalışırdı. Şuşanı biz azad edəndən sonra bundan istifadə etdilər. Bizdə kifayət qədər məlumat var. Sadəcə olaraq biz rəsmi açıqlama gözləyirik. Hər kəs gəlib bunu görəcək. Erməni vəhşiliyinin, hərbi cinayətinin növbəti əyani sübutudur”.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi