olkepress.com
olkepress.com

Ərdoğan: “Azərbaycanın yanında olmağımız önəmlidir”

31-03-2021, 17:37

Ərdoğan: “Azərbaycanın yanında olmağımız önəmlidir”Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Şurası liderlərinin qeyri-formal görüşündə Azərbaycanı bir daha Qarabağda qazandığı zəfər münasibəti ilə təbrik edib və qardaş ölkənin dövlətimizə dəstəyini vurğulayıb.

“Bütün azərbaycanlı qardaşlarımı, əziz qardaşım İlham Əliyevi əvvəl Qarabağdakı qələbəsinə görə təbrik edirəm”, - deyə Ərdoğan bildirib.

O qeyd edib ki, Qarabağ bölgəsində 67 məsciddən 63-ü dağıdılıb. Bundan başqa, kilsələr də məhv edilib:

“Qarabağdakı türk irsinin qorunması və bərpası üçün bütün vasitələrimizlə Azərbaycanın yanında olmağımız önəm kəsb edir”.

O, Türkiyənin bölgənin dirçəlməsi üçün bütün köçkünlərin evlərinə qayıtmasına çalışacağını vurğulayıb.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi