olkepress.com
olkepress.com

Ceyhun Bayramov Mövlud Çavuşoğluya təşəkkür etdi

27-01-2021, 14:53

Ceyhun Bayramov Mövlud Çavuşoğluya təşəkkür etdi27 yanvarda Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefon danışığı olub.

Bu barədə Azərbaycan XİN məlumat yayıb.

Ceyhun Bayramov dəniz quldurlarının hücumuna məruz qalmış gəmi heyətinin öldürülmüş azərbaycanlı üzvünün nəşinin Vətənə gətirildiyini qeyd edib.

O, bu müddət ərzində məsələnin xüsusi diqqətdə saxlanılması, əlaqələndirilmiş şəkildə müvafiq tədbirlərin həyata keçirilməsi və göstərdiyi yardıma görə qardaş Türkiyədən olan həmkarına təşəkkürünü bildirib.

Nazir, həmçinin gəmi heyətinin əsir götürülmüş 15 üzvünün taleyi ilə, həyata keçirilən xilasetmə tədbirləri ilə maraqlanıb və sözügedən Türkiyə vətəndaşlarının tezliklə ölkələrinə geri qayıtmalarını arzu edib.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi