olkepress.com
olkepress.com

Prezident: Qarabağ həmişə Azərbaycanın bir hissəsi olub

14-11-2019, 13:52

Prezident: Qarabağ həmişə Azərbaycanın bir hissəsi olubDağlıq Qarabağ həmişə Azərbaycanın ayrılmaz hissəsi olub.

Bu sözləri Prezident İlham Əliyev Bakıda Dünya dini liderlərinin II Sammitinin açılışındakı çıxışı zamanı deyib. “Dağlıq Qarabağ qədimdən Azərbaycan ərazisi olub. Bütün qədim xəritələrdə və Çar Rusiyasının xəritələrində Dağlıq Qarabağdakı bütün toponimlər Azərbaycan mənşəli olub”, - deyə İ.Əliyev bildirib.
Dövlət başçısı qeyd edib ki, XIX əsrdə ermənilərin Qarabağa köçürülməsinə başlanılıb ki, bu da XX əsrin əvvəllərində bu regionun milli tərkibinin dəyişməsinə səbəb olub. İ.Əliyev əlavə edib ki, bolşeviklərin dövründə Dağlıq Qarabağ məsələsi ilə bağlı sənədlərdə qeyd olunmuşdu ki, “Qarabağ Azərbaycanın tərkibində qalmalıdır və Azərbaycana verilməməlidir”.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi