olkepress.com
olkepress.com

Riyaz Sarıkahya yenidən başkan seçildi

25-09-2019, 08:09

Riyaz Sarıkahya yenidən başkan seçildi İraq türkmənlərinin mənəvi lideri, ölkənin tanınmış ictimai, siyasi xadimi Riyaz Sarıkahya yenidən İraq Türkməneli Partiyasının başkanı seçilib.

Partiyadan Avrasiya.net-ə verilən məlumata görə, dünən Kərkükdə Türkməneli Partiyasının növbəti VI qurultayı keçirilib. Qurultayda Türkməneli bölgəsindən 500-ə yaxın nümayəndə iştirak edib. Əsasən partiyanın başkanlığı, nizamnamə, fəaliyyət istiqamətləri və təşkilati məsələlərə baxılıb.
Riyaz Sarıkahya yenidən başkan seçildi
Daha sonra partiyanın nizamnaməsində bir sıra dəyişikliklər və əlavələr edilib. Buna da səbəb partiyanın fəaliyyətini gücləndirmək və genişləndirmək olub. Nizamnaməyə edilən dəyişikliklər qəbul olunub. Qurultayda Türkməneli Partiyasının siyasi fəaliyyət və istiqamətlərinə də baxılıb. Partiyanın siyasi kursunun təkmilləşdirilməsi qərara alınıb. Qurultayda partiyanın bəzi strukturlarında dəyişikliklərlə bağlı qərarlar da qəbul olunub.
Riyaz Sarıkahya yenidən başkan seçildi
Ənənəyə uyğun olaraq partiyanın qurultayından sonra Türkməneli Partiyası ilə əməkdaşlıq edən xarici və ölkə daxili siyasi qüvvələrin liderləri, vətəndaş cəmiyyəti institutlarının rəhbərləri, ölkənin tanınmış ictimai, siyasi xadimləri Riyaz Sarıkahyanı təbrik etmək məqsədilə qərargaha təşrif buyuracaqlar.
Riyaz Sarıkahya yenidən başkan seçildi


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi