olkepress.com
olkepress.com

İlham Əliyevdən sahibkarlıq subyektləri üçün mühüm fərman – Kredit məbləği və müddət artırıldı

8-04-2020, 21:06

İlham Əliyevdən sahibkarlıq subyektləri üçün mühüm fərman – Kredit məbləği və müddət artırıldıKənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaiti hesabına sahibkarlıq subyektlərinə verilən güzəştli kreditlərin məbləği artırılıb.

Ölkəpress.com-un məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 2018-ci il 19 dekabr tarixli 413 nömrəli fərmanına dəyişiklik edib.
Ölkə başçısının imzaladığı fərmanda həmçinin, aqrar sahənin maliyyələşməsinin stimullaşdırılması ilə bağlı bir sıra məsələlər də öz əksini tapıb.
Fərmanla “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası” dəyişdirilib.
Qaydanın 5.1.1-ci yarımbəndində bildirilirdi ki, Agentliyin vəsaiti hesabına sahibkarlıq subyektlərinə 5000 manatadək mikrokreditlər verilə bilər.
Dövlət başçısının yeni fərmanı ilə bu rəqəm 15000 manatadək qaldırılıb.
Kiçikhəcmli kreditlərin də məbləği artırılıb. Sənədin əvvəlki variantında yazılırdı ki, 5001 manatdan 30000 manatadək kiçikhəcmli kreditlər verilə bilər. Yeni fərmanla isə 5001 rəqəmi 15001 rəqəmi ilə əvəzlənib.
Bununla yanaşı, sahibkarlar üçün güzəştli kreditlərin müddəti üç ilədək müəyyən olunub. Əvvəlki sənəddə bu müddət iki ilədək nəzərdə tutulurdu.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi