olkepress.com
olkepress.com

İlham Əliyev Heydər Əsədovu təltif etdi

29-10-2019, 19:09

İlham Əliyev Heydər Əsədovu təltif etdiPrezident İlham Əliyev Heydər Əsədovun təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasında təhsilin inkişafında xidmətlərinə görə Heydər Xanış oğlu Əsədov “Şöhrət” ordeni ilə təltif edilib.
Qeyd edək ki, H.Əsədov Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə 2011-ci ildə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, 2019-cu ildə isə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilib. O, 3 aprel 2019-cu ildən Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru vəzifəsində çalışır.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi