olkepress.com
olkepress.com

Dövlət Suverenliyi Günü və antiterror əməliyyatlarının ildönümü ilə bağlı tədbir keçirilib.

20-09-2025, 16:22

Dövlət Suverenliyi Günü və antiterror əməliyyatlarının ildönümü ilə bağlı tədbir keçirilib.

Dövlət Suverenliyi Günü və antiterror əməliyyatlarının ildönümü ilə bağlı tədbir keçirilib.
---
Sabirabad Rayon İcra Hakimiyyətinin, Mil-Muğan Regional Təhsil İdarəsinin və Mil-Muğan Regional Mədəniyyət idarəsinin birgə təşkilatçılığı ilə Sabirabad rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsinin birinci ili və 2023-cü ilin sentyabr ayında həyata keçirilmiş antiterror əməliyyatlarının ikinci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tam təmin edildiyini, xalqımızın milli birliyinin böyük tarixi qələbələrə yol açdığını vurğulayıblar. Həmçinin dövlətçiliyin qorunması uğrunda canını fəda etmiş şəhidlərin xatirəsinin əziz tutulması və onların qəhrəmanlıq ənənələrinin gələcək nəsillərə ötürülməsinin vacibliyi qeyd olunub.
Dövlət Suverenliyi Günü və antiterror əməliyyatlarının ildönümü ilə bağlı tədbir keçirilib.
Dövlət Suverenliyi Günü və antiterror əməliyyatlarının ildönümü ilə bağlı tədbir keçirilib.
Dövlət Suverenliyi Günü və antiterror əməliyyatlarının ildönümü ilə bağlı tədbir keçirilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aralık 2025    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi