olkepress.com
olkepress.com

“Dövlət başçısına, dövlətimizə etibar və sevgimiz əbədidir”- Hüseyn Əhmədli

11-01-2025, 22:00

“Dövlət başçısına, dövlətimizə etibar və sevgimiz əbədidir”- Hüseyn Əhmədli

Yerli ozünüidarəetmənin həyata keçirilməsinin mühüm formalarından biri də bələdiyyə seçkiləridir. Demokratik ölkələrdə olduğu kimi Azərbaycanda da seçkilər xalqın öz iradəsini bildirməsinin daha kütləvi formasıdır.
Yerli özünüidarəetmə orqanları seçkilər vasitəsilə formalaşdırılır.. Həmin vaxt yerli özünüidarəetməyə rəhbərlik edən şəxslər öz səlahiyyətlərini seçkilər yolu ilə bilavasitə əhalidən qazanırlar.

Seçkilər həm də yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin əhali tərəfindən dəyərləndirilməsinə və yönəldilməsinə, məqamı çatmış problemlərin meydana çıxarılıb həll olunması üçün tədbirlər görülməsinə imkan verir, əhalinin sosial fəallığının yüksəlməsinə kömək edir. Yerli özünüidarəetmənin həyata keçirilmə forması kimi seçkilər, demək olar ki, bütün demokratik dövlətlərdə geniş tətbiq olunur.

Ölkəmizdə qanunda əks olunduğu kimi bələdiyyə seçkilərinin həyata keçirilməsinin əsas hüquqi bazasını ölkə Konstitusiyası, 2 iyul 1999-cu ildə qəbul olunmuş “Bələdiyyələrə seçkilərin qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu, 2003-cü ildən isə Azərbaycan Respublikasının Seçki Məcəlləsi təşkil etmişdir.

Bir çox dövlətlərdə yerli məsələlərin həlli ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə formalaşan yerli özünüidarəetmə orqanları tərəfindən həyata keçirilir.

Yerli özünüidarəetmə müvafiq inzibati ərazi vahidində yaşayan əhalini bilavasitə təmsil edən xüsusi seçkili orqanlar tərəfindən yerli əhəmiyyətli məsələlərin idarə olunmasıdır.
“Yerli özünüidarə haqqında” Avropa Xartiyasına görə yerli özünüidarə dedikdə, yerli özünüidarə orqanlarının dövlət işlərinin xeyli hissəsini reqlamentləşdirmək və qanun çərçivəsində fəaliyyət göstərərək, məsuliyyəti öz üzərinə götürməklə onu yerli əhalinin maraqlarına uyğun idarə etmək hüququ və real qabiliyyəti başa düşülür.

Ulu öndər Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra həyata keçirilən demokratik islahatların davamı olaraq Azərbaycan Respublikasında yerli özünüidarəetmə institutu – bələdiyyələr yaradıldı və 1999-cu ilin dekabr ayında bələdiyyələrə ilk seçkilər keçirildi.

Qısa müddət ərzində bələdiyyələrin fəaliyyətini tənzimləyən qanunvericilik bazası yaradılaraq bələdiyyələrə geniş səlahiyyətlər verildi.

Azərbaycan Respublikası Konstitusiyasının 142-ci maddəsinə müvafiq olaraq Azərbaycanda yerli özünüidarəni bələdiyyələr həyata keçirir. Bələdiyyələr seçkilər əsasında yaradılır.

“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə uyğun olaraq, bələdiyyə – qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. Bələdiyyə orqanları dedikdə isə bələdiyyə tərəfindən yaradılan, yerli əhəmiyyətli məsələləri həll etmək səlahiyyəti verilən və dövlət orqanları sisteminə daxil olmayan orqanlar başa düşülür.

Bələdiyyələr, əsasən bələdiyyə iclasından, daimi və başqa komissiyalardan və icra orqanından ibarətdir. Bələdiyyənin hər bir orqanının fəaliyyət qaydası “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.Məlum olduğu kimi
Bələdiyyəlik nümayəndəliyi orqan kimi seçkilər əsasında yaradılır.

Bələdiyyələrə seçkilərin keçirilməsi qaydası 2003-cü il 27 may tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilir. Seçki Məcəlləsinin VII bölməsi (210-246-cı maddələr) bələdiyyə seçkilərinə həsr olunmuşdur.

Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasında yerli özünüidarəni həyata keçirən bələdiyyələrin üzvlərini ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli və şəxsi səsvermə yolu ilə seçirlər.

Seçkilər günü 18 yaşına çatmış Azərbaycan Respublikasının hər bir vətəndaşının bələdiyyələrə üzv seçmək hüququ – aktiv seçki hüququ vardır.
Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsində və Seçki Məcəlləsində nəzərdə tutulan hallar istisna olmaqla, aktiv seçki hüququna malik olan hər bir vətəndaşın konstitusiya ilə müəyyən edilmiş bələdiyyə üzvlüyünə namizədlər üçün irəli sürülən tələblərə cavab verdikdə bələdiyyə üzvü seçilmək hüququ – passiv seçki hüququ vardır.

Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum etmə yerlərində cəza çəkən şəxslərin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-15.5-ci maddələrində nəzərdə tutulan cinayətlərə görə məhkum olunmuş şəxslərin, ikili vətəndaşlığı olan Azərbaycan Respublikası vətəndaşlarının (ikili vətəndaşlığı qalanadək), xarici dövlətlər qarşısında öhdəlikləri olan Azərbaycan Respublikası vətəndaşlarının (həmin öhdəliklərə xitam verilənədək) bələdiyyə üzvü seçilmək hüququ yoxdur.

Hərbi qulluqçular (hərbi qulluqda olduqları müddətdə), hakimlər (hakim olduqları müddətdə), dövlət qulluqçuları (dövlət qulluğunda olduqları müddətdə), din xadimləri (peşəkar din fəliyyəti ilə məşğul olduğları müddətdə) bələdiyyə üzvü ola bilməzlər.

İrqindən, milliyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və başqa ictimai birliklərə mənsubiyyətindən və ya digər statusundan asılı olmayaraq Azərbaycan Respublikası vətəndaşlarının seçmək, seçilmək və referendumda iştirak etmək hüququ vardır.

Bələdiyyə üzvlərini seçicilər bilavasitə seçirlər. Seçicilər şəxsən və gizli səs verirlər. Seçkilərdə seçicilərin öz iradəsini ifadə etməsi üzərində nəzarətə yol verilmir.
Bələdiyyələrin səlahiyyət müddəti 5 ildir.

Bələdiyyələrin səlahiyyət müddətinin hesablanması səsvermənin keçirildiyi gündən başlanır və yeni seçilən bələdiyyələrin birinci iclas günü başa çatır. Bələdiyyə üzvlərinin səlahiyyətləri yalnız bələdiyyənin səlahiyyət müddətində qüvvədədir.

Azərbaycan Respublikasında yerli özünüidarəni həyata keçirən bələdiyyələrin üzvləri nisbi çoxluq sistemi əsasında çoxmandatlı seçki dairələri üzrə seçilirlər. Seçki əraziləri üzrə aşağıdakı sayda bələdiyyə üzvləri seçilirlər.

Bələdiyyə üzvlüyünə qeydə alınmış namizədin 3-ə qədər vəkil edilmiş şəxs təyin etmək hüququ vardır. Göstərilən şəxslər dairə seçki komissiyası tərəfindən qeydə alınır.

Yuxarıda qeyd edilənlər bir daha öz fəaliyyətində bələdiyyələrin müstəqilliyinə təminat verir. Dövlət hakimiyyəti sisteminə daxil olmayan və həmin orqanlardan ayrıca mövcud olan bu orqanlar yerlərdə demokratiyanın real daşıyıcısı, xalq hakimiyyətinin ən perspektivli və səmərəli formasıdır.
Mən Hüseyn Əhmədli Vüqar oğlu 4 ilə yaxındır Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbə bələdiyyəsində baş mütəxəssis vəzifəsində çalışıram. Bələdiyyəmiz qəsəbənin inkişafında mütəmadi xidmət göstərir.Rayon İcra Hakimiyyətinin yorulmaz, nümunəvi işlərində bələdiyyəmizdə fəal iştirak edir.

Qeyri- təvazökarlıq olsa da peşəkar bələdiyyə məmuru kimi yetişmişəm.Rayon rəhbəriyinin bələdiyyəmizin keçirtdiyi bütün tədbirlərdə iştirak edirəm.

Əsasən şəhidlərlə bağlı bütün tədbirlə onların ruhu qarşısında təzim edərək onların ailəsinə dəstək, xatirələrini əbədiləşdirən, ruhlarını şad edən mərasimlərdə iştirak etməyi şərəf və özümə borc bilirəm.

Ali Baş Komandanımız, Cənab prezidentimiz İlham Əliyevin apardığı analoqu olmayan idarəçiliyinə, siyasətini alqışlayaraq dövlət başçısına, dövlətimizə etibar və sevgimiz əbədidir.

İnanıram ki, demokratik seçkilərdə xalqın etimadını qazanacağam və millətimin xidmətçisi olacağam.

HÜSEYN ƏHMƏDLİ- Badamdar Bələdiyyəsinin baş mütəxəssisi, Səbail rayon 7 saylı Seçki Dairəsindən Bələdiyyə Üzvlüyünə namizəd


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ocak 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi