olkepress.com
olkepress.com

Azərbaycanlı general Rusiyada saxlanıldı

4-11-2024, 12:15

Azərbaycanlı general Rusiyada saxlanıldı

Rusiyanın Moskva şəhərində Rusiya Qvardiyasının Təchizat İdarəsinin müavini, əslən azərbaycanlı olan general-mayor Mirzə Mirzəyev korrupsiya ittihamı ilə həbs edilib.

Olkepress.com KONKRET.az-a istinadən xəbər verir ki, 52 yaşlı Mirzə Mirzəyev Cənub bölgəsi komandanının keçmiş müavini olub və tez tikilə bilən binaların modulları üçün təchizatçılardan 140 milyon rubl (təxminən 1.4 milyon dollar) tələb edib. Əks halda, 480 milyon rubl (təxminən 4.8 milyon dollar) dəyərində olan müqaviləni ləğv edəcəyi ilə hədələyib.
General Mirzəyev pulu aldıqdan sonra saxlanılıb. Vəkilləri Mirzəyevin ev dustaqlığında saxlanılması tələbi ilə çıxış etsələr də, məhkəmə onun həbsxanaya göndərilməsinə qərar verib.

General 2025-ci ilin yanvarın 2-dək həbsdə qalacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi