olkepress.com
olkepress.com

Abdullahian Pakistana gedir

22-01-2024, 23:01

Abdullahian Pakistana gedir

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian yanvarın 29-u Pakistana səfər edəcək.

Olkepress.com Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Pakistan və İranın Xarici İşlər nazirliklərinin birgə bəyanatında qeyd olunub.
Bununla yanaşı, yanvarın 26-na qədər hər iki ölkənin səfirləri geri dönərək fəaliyyətlərini bərpa edəcəklər.

Xatırladaq ki, yanvarın 16-sı İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) “Ceyş əl-Ədl” qruplaşmasının Pakistandakı bazasına ballistik raket və pilotsuz uçuş aparatları ilə zərbə endirib. Hadisə zamanı 2 uşaq həlak olub, daha 3-ü isə yaralanıb. Zərbələrin ardınca Pakistan İrana nota verib, daha sonra İrandakı səfirini geri çağırıb. Pakistanın İrana raket hücumu nəticəsində isə 9 nəfər həyatını itirib. Yanvarın 19-u isə Pakistanın Milli Təhlükəsizlik Komitəsi İranla diplomatik münasibətləri tamamilə bərpa etmək qərarına gəlib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi