olkepress.com
olkepress.com

Mikayıl Cabbarov və qohumbazlıq... - Eynulla Fətullayev yazır

15-03-2023, 15:28

Mikayıl Cabbarov və qohumbazlıq... - Eynulla Fətullayev yazırUzun illər ərzində Azərbaycan məmurlarını qohumbazlıq sindromuna görə tənqid edib ittiham edirdik. Hətta Nazirlər Kabinetini qeyri-rəsmi Qudalar Kabineti adlandırıb, nepotizmə - yəni, yaxın qohumların və dostların peşəkar keyfiyyətlərinə yox, şəxsi münasibətlərə görə irəliyə çəkilməsinə, eyham vururduq.

Lakin cəmiyyətimizin həyatında islahat şüarı ilə Mikayıl Cabbarov peyda olundu. Əski sistemi viran etsə də, fəqət yeni siyasətin bəhrələrinin intizarındayıq. Amma intizar çox çəkdi...

Səbrli millətik, gözləyərik!

Lakin diqqətimi çəkən odur ki, dövlət vəzifələrində, biznes institutlarında, iyerarxiyada Mikayıl müəllimin xeyli sayda qohumlarının peyda olunmasıdır. Hara ayağını basmırsan Mikayıl müəllim və ya onun qohumları üzə çıxır.

Sual doğur – bəs bu istedadlı şəxslər niyə əvvəllər öz qabiliyyətlərini ifadə etmirdi?

Nə baş verdi birdən-birə?

Bu möcüzənin səbəbi və ya səbəbkarı kimdir və ya nədir?

Səbəb – nepotizm, səbəkar isə Cabbarovlar klanının xaç atası Mikayıl müəllimdir. Özü də ki, bu hörmətli şəxlərin hamısı birdən-birə var-dövlətə sahib çıxıb, zəngin həyat sürdülər. Vicdanla danışsaq, heç Ramiz Mehdiyevin hakimiyyətdə bu qədər qohum-əqrəbası olmayıb...

Bəs maraqların konflikti?

Bəs nepotizm?

Bəs islahat?

Bəs abır-həya?

Mütləqi-hakim Cabbarovun xalası oğlu Elnur Əliyev elə iqtisadiyyat nazirinin müavini vəzifəsində, bacanağı Zakir İbrahimov "Azərgold"un başında, xalası oğlu Balaş Qasımov İTV-nin rəhbəri kürsüsündə, obirisi qohumu Camal Qasımov Vergilər Nazirliyində Vergi Auditi Departamentinin baş direktoru postunda…

Siyahını uzatmaq da olar.

Məsələn, bu günlərdə Cabbarovun yaxın qohumu Abdulla Tağıyev “SOCAR Petroleum” QSC-nin baş direktoru vəzifəsinə əyləşdirildi…

Yaman proqressiv islahatçıdır bizim bu Mikayıl müəllim…

Eynulla Fətullayev


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi