olkepress.com
olkepress.com

Senator ABŞ-dan Kiyevə "ATACMS" raketləri verilməsini istəyib

23-01-2023, 08:44

Senator ABŞ-dan Kiyevə "ATACMS" raketləri verilməsini istəyib

ABŞ Krımda da daxil olmaqla zərbələr endirmək üçün istifadə oluna bilən uzaqmənzilli "ATACMS" raketlərini Kiyevə verməlidir".
Bizimyol.info xəbər verir ki, bu fikri bazar günü ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Maykl Makkol (respublikaçı, Texas ştatından) bildirib.

“Onlara həmçinin İran pilotsuz təyyarələrinin yerləşdiyi Krıma zərbə endirmək üçün uzaq mənzilli "ATACMS" raketləri lazımdır”, - deyə o qeyd edib.

Makkol qeyd edib ki, ukraynalılar əvvəllər ABŞ-ın təqdim etdiyi bütün silah növlərini uğurla mənimsəyiblər:

"Onlara lazım olanı verdikdə qalib gəlirlər - "Stinger" insan-portativ hava hücumundan müdafiə sistemləri, tank əleyhinə "Javelin" sistemləri, "HIMARS" çoxlu buraxılış raket sistemləri, bu silahların hamısından kifayət qədər peşəkarlıqla istifadə edilib və bu hərbi yardıbların köməyi ilə Ukrayna Silahlı Qüvvələri düşmən ordu üzərində üstünlük əldə edərək onları bəzi ərazilərdən geri çəkilməyə məcbur ediblər", - deyə o əlavə edib.

Bundan əvvəl Makkal ABŞ prezidenti Co Bayden administrasiyasının Ukraynaya "ATACMS" sinifindən olan operativ-taktiki ballistik raketlərini verməmək qərarını “qorxaqlıq” adlandırıb: "Bir gün Putin nüvə silahını işə salsa, bizim Ukraynaya verməyib anbarlarda saxladığımız uzaq və orta mənzilli raketlər nə işə yarayacaq?", - deyə o deyib.

"HIMARS" "MLRS"dən buraxıla bilən "ATACMS" raketlərinin uçuş məsafəsi 300 km-ə qədərdir. Kiyev uzun müddətdir ki, bu raketləri, o cümlədən Krımdakı Rusiya bazalarına zərbələr endirmək üçün xahiş edir. Amerika administrasiyasının nümayəndələri dəfələrlə bəyan ediblər ki, Rusiyanı təxribata salmamaq üçün Ukraynaya "ATACMS" raketləri vermək niyyətində deyillər.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Şubat 2023    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi