olkepress.com
olkepress.com

Minskdə Azərbaycan, Rusiya və Ermənistan baş prokurorlarının görüşü keçiriləcək

24-06-2022, 12:44

Minskdə Azərbaycan, Rusiya və Ermənistan baş prokurorlarının görüşü keçiriləcək

Minskdə Rusiyanın baş prokuroru İqor Krasnov, Azərbaycanın baş prokuroru Kamran Əliyev və Ermənistanın baş prokuroru Artur Davtyan arasında üçtərəfli görüş keçiriləcək.

Bu barədə Rusiya Baş Prokurorluğunun mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı əvvəllər əldə edilmiş razılaşmaların icrası müzakirə olunacaq.

Bildirilir ki, görüş MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Koordinasiya Şurasının 32-ci iclasında, o cümlədən Belarus Respublikası Prokurorluğunun yaradılmasının 100 illiyinə həsr olunmuş tədbirlərdə baş tutacaq.

Məlumata görə, tədbirlərdə bir sıra ikitərəfli görüşlər də keçiriləcək.

Mənbə: TASS

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ağustos 2022    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi