olkepress.com
olkepress.com

Qarabağ icmasının iki üzvü seçkilərdə rəqib oldu - “Dairəmi dəyişmək fikrim yoxdur”

28-12-2019, 18:22

Qarabağ icmasının iki üzvü seçkilərdə rəqib oldu - “Dairəmi dəyişmək fikrim yoxdur”“Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin iki üzvü 2020-ci il fevralın 9-da Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərində eyni seçki dairəsindən namizədliyini irəli sürüb.

Belə ki, İcmanın İdarə Heyətinin üzvü, Efiopiyanın Azərbaycandakı fəxri konsulu Ceyhun Ələkbərovdan sonra İcmanın sədri Tural Gəncəliyev də 122 saylı Xankəndi seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb.

Bəzi xəbərlərə görə, T.Gəncəliyev sözügedən dairəni seçdikdən sonra C.Ələkbərovun namizədliyini başqa dairədən verəcək.

Modern.az yayılan xəbəri dəqiqləşdirmək üçün Ceyhun Ələkbərovun özü ilə əlaqə saxlayıb. O, saytımıza açıqlamasında dairəsini dəyişmədiyini bildirib:

“Deputatlığa namizədliyimi lap əvvəldən 122 saylı Xankəndi seçki dairəsindən irəli sürmüşəm. Tarixinə nəzər salsaz görərsiz. Ona görə də dairəmi dəyişmək fikrim yoxdur”.

Ceyhun Ələkbərov digər namizədlərlə olduğu kimi, Tural Gəncəliyevlə də sağlam rəqabət aparacağını qeyd edib:

“Konstitusiyamızda qanunla parlamentə seçkilərdə sağlam rəqabət aparmağa icazə verilir. Sağlam rəqabətin aparılması çox normal haldır. Nəinki Tural, Ceyhun üçün, eləcə də, dövlətimiz üçün xeyirli olan nədirsə, o olsun. Eyni dairədən 10-a yaxın şəxs namizədliyini irəli sürüb. Hər kəsə uğurlar arzulayıram”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi