olkepress.com
olkepress.com

İlham Əliyev Ərdoğanla telefonla danışdı

24-12-2019, 14:31

İlham Əliyev Ərdoğanla telefonla danışdıTürkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, ona Azərbaycan xalqının rifahı və tərəqqisi naminə fəaliyyətində yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev iki ölkənin dövlət başçıları arasında keçirilən görüşlərin əlaqələrimizin inkişafındakı rolunu xüsusi qeyd ediblər. Prezidentlər ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da inkişaf edəcəyinə əminliklərini bildiriblər.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi