olkepress.com
olkepress.com

Prezident: “Biz müharibəni zəfərlə başa vurduq, sülh dövrünü də zəfərlə başlamışıq və zəfərlə başa vuracağıq”

4-10-2021, 19:58

Prezident: “Biz müharibəni zəfərlə başa vurduq, sülh dövrünü də zəfərlə başlamışıq və zəfərlə başa vuracağıq”

İndi gəldiyiniz yola da yəqin ki, fikir verdiniz. Görün, Cəbrayıla nə gözəl, geniş yol çəkilir. Vaxtilə Ermənistan rəhbərliyi buraya yol çəkmək istəyirdi. O da onların bütün arzuları kimi yarımçıq qaldı. İndi Cəbrayıla biz yol çəkirik. Bu yoldan Zəngəzur dəhlizində də istifadə olunacaq.

Ölkəpress.com xəbər verir ki, bu barədə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.

“Cəbrayıl şəhərinin baş planı sizə, cəbrayıllılara təqdim ediləcək. Biz bu plana bərabər baxacağıq. Əgər razılığınız olarsa, bu planı da təsdiq edəcəyik. Biz müharibəni zəfərlə başa vurduq. İndi sülh dövrünü də zəfərlə başlamışıq, zəfərlə başa vuracağıq”, - deyə Prezident İlham Əliyev vurğulayıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi