Son sutka ərzində nə qədər insan vaksinasiya olunub? - RƏSMİ
Bu gün Azərbaycanda 15 077 nəfərə vaksin vurulub.
Bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.
Bildirilib ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9 205, ikinci mərhələdə isə bu rəqəm 5 872 nəfər təşkil edib.
Bu günə qədər Azərbaycanda ümumilikdə 1 381 967 ədəd vaksin vurulub.
Ölkə üzrə ümumilikdə birinci mərhələdə peyvənd olunanların sayı 917 877 nəfər təşkil edib. İkinci mərhələdə isə bu rəqəm 464 090 olub.
ölkəpress.com