olkepress.com
olkepress.com

Koronavirusa “əbədi” yoluxma halları aşkarlanıb

5-03-2021, 11:16

Koronavirusa “əbədi” yoluxma halları aşkarlanıbHəkimlər koronavirusa “əbədi” yoluxma hallarını müəyyən ediblər - leykoz daşıyıcılarının bədənində virus izləri altı aydan çox müddətdə qeydə alınıb.

Bu barədə “medRxiv” portalı xəbər verir.
Cənubi Kaliforniya Universitetinin tədqiqatçıları virus izlərinin üç xəstənin orqanizmində altı aydan çox qaldığını müəyyənləşdiriblər. Onlardan biri gənc, digərləri isə məktəbəqədər yaşda olan oğlan və qızdır.

İmmunitet sistemi zəif olan insanların koronavirus infeksiyasına qarşı çox həssas olduqları qeyd edilir.

Daha əvvəl amerikalı alimlər II qan qrupundan olan insanlarda koronavirus infeksiyası riskinin daha yüksək olduğunu aşkarlayıblar.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi